Icma.az
close
up
RU
Venera bürc dəyişdi: Sevgi və pulla bağlı hər şey dəyişəcək

Venera bürc dəyişdi: Sevgi və pulla bağlı hər şey dəyişəcək

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Venera Qız bürcünə keçərək avqustun 6-dək davam edəcək yeni astroloji dövrə start verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, tanınmış astroloq Dinçer Günerin sözlərinə görə, bu dövr münasibətlərdən maliyyə məsələlərinə, şəxsi baxımdan tutmuş dünya gündəminə qədər bir çox sahədə mühüm dəyişikliklər vəd edir.

Astroloq bildirib ki, bu müddətdə təmtəraqdan daha çox sadəlik, böyük jestlərdən daha çox isə kiçik, lakin səmimi davranışlar ön plana çıxacaq. Onun sözlərinə görə, bahalı hədiyyələr əvəzinə bir fincan qəhvə hazırlamaq, ev işlərində kömək etmək və gündəlik həyatı asanlaşdıran jestlər daha dəyərli hesab olunacaq.

Dinçer Güner xəbərdarlıq edib ki, Qız bürcünün tənqidçi xüsusiyyəti münasibətlərə də təsir göstərə bilər. Kiçik qüsurlara həddindən artıq diqqət yetirmək lazımsız mübahisələrə səbəb ola bilər. Bu səbəbdən tərəflərə mükəmməllik axtarışında münasibətlərini zədələməmək tövsiyə olunur.

Onun fikrincə, bu dövrdə insanlar münasibətlərinə daha realist yanaşacaq və "Bu münasibət mənə yaxşı təsir edir?", "Qarşı tərəf həyatımı asanlaşdırırmı?" kimi sualları daha çox verəcəklər. Sağlam münasibətlər möhkəmlənəcək, problemli münasibətlər isə yenidən nəzərdən keçirilə bilər.

Astroloq qeyd edib ki, Veneranın Qız bürcündə hərəkəti maliyyə sahəsinə də təsir edəcək. Bu müddətdə lazımsız xərclərdən uzaq durmaq, büdcəni planlaşdırmaq, qənaət etmək və maliyyə nizam-intizamını gücləndirmək üçün əlverişli şərait yaranacaq.

Gözəllik sahəsində isə təbiilik ön plana çıxacaq. Ağır makiyaj əvəzinə dəriyə qulluq, sağlam qidalanma, idman, detoks proqramları və sağlam həyat tərzi daha çox diqqət çəkəcək.

Dinçer Güner bildirib ki, bu astroloji keçid yalnız fərdi həyata deyil, dünya gündəminə də təsir göstərə bilər. Onun sözlərinə görə, işçi hüquqları, əməkhaqqı, iş saatları, xidmət sektorunda çalışanların problemləri, qadınların əmək bazarındakı mövqeyi, eləcə də "eyni işə eyni əməkhaqqı" kimi mövzular daha çox müzakirə oluna bilər.

Astroloq əlavə edib ki, kənd təsərrüfatı, ərzaq siyasəti, səhiyyə, dərman sənayesi və tibbi infrastrukturla bağlı məsələlər də bu dövrdə gündəmdə ola bilər.

Mütəxəssisin sözlərinə görə, avqustun 6-dək davam edəcək Venera–Qız bürcü tranziti həm şəxsi həyatda, həm də cəmiyyət səviyyəsində daha planlı, sadə və məhsuldar dövrün başlanğıcı hesab olunur.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 İyul 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri