Icma.az
close
up
RU
Venesiyada “Azərbaycan dilinə giriş” dərsi təqdim olunub

Venesiyada “Azərbaycan dilinə giriş” dərsi təqdim olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Roma, 14 oktyabr, AZƏRTAC

İtaliyanın Venesiya şəhərində “Veneto night” tədbiri çərçivəsində “Azərbaycan dilinə giriş” dərsinin təqdimatı baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin İtaliyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Təqdimat çərçivəsində “Ca’ Foscari” Universitetinin prorektoru Antonio Markomini, Azərbaycan dilini tədris edən professor Elizabetta Raqanin və onun köməkçisi Lalə Şirinova ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında əlaqələr, xüsusilə təhsil sahəsində əməkdaşlıq, ölkəmizdə təhsil sistemində aparılan islahatlar, İtaliya-Azərbaycan Universiteti layihəsi və ali təhsil müəssisələrinin davamlı tərəfdaşlığı məsələləri müzakirə olunub.

Prorektor Antonio Markomini “Ca’ Foscari” Universitetinin Azərbaycanla uzunmüddətli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. O, hazırda universitetin Azərbaycan Dillər Universiteti və ADA Universiteti də daxil olmaqla bir neçə ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini bildirib.

Professor Elizabetta Raqanin isə daha əvvəl Berlin Universitetində türkologiya üzrə professor kimi fəaliyyət göstərdiyini və Azərbaycan dilçiliyinin onun elmi maraq dairəsinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O, Venesiyaya gəlməsinin əsas məqsədlərindən birinin də Azərbaycan dilçiliyi üzrə tədqiqat və tədris fəaliyyətini davam etdirmək olduğunu qeyd edib.

Qeyd edək ki, 1868-ci ildə təsis edilmiş “Ca’ Foscari” Universiteti İtaliyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin Asiya və Afrika Araşdırmaları Departamenti çərçivəsində bir sıra Şərq və Qafqaz dilləri, o cümlədən Azərbaycan dili tədris olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri