8 Noyabr Zəfər Günü tədbirlərinə start verilib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Torpaqlarımızın 30 illik işğalından sonra qazanılmış tarixi 8 Noyabr Qələbəsinin gətirdiyi sevinc, qürur və coşqu ilə, üstündən 6 il keçəndən sonra da milli ruhun təntənəsi kimi qeyd edilir. Artıq həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrindəki diplomatik missiyalar, diaspor təşkilatları Zəfər Günü ilə bağlı tədbirlər keçirirlər.
Türkiyə
Bursa şəhərində Qarabağ Zəfərinə və 8 Noyabr Zəfər Gününə həsr olunan “Xarıbülbüldən Laləyə: Qardaşlıq bağları” mövzusunda əl işləri sərgisi açılıb. Sərginin əsas məqsədi iki qardaş xalqın ortaq mədəni irsini, qadınların əl sənətləri sahəsindəki yaradıcılığını və milli sənət ənənələrini tanıtmaq, mədəniyyət vasitəsilə Azərbaycan–Türkiyə qardaşlıq və həmrəylik münasibətlərini daha da möhkəmləndirməkdir. Sərgi Bursa–Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin təşəbbüsü, Bursa Böyükşəhər Bələdiyyəsinin, Bursa şəhər Şurasının və Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi ilə təşkil olunub.
Sərginin ərsəyə gəlməsində rəssamlar Ramila Özden və Əminə Yılmazın yaradıcılıq fəaliyyəti və sənət töhfələri xüsusi rol oynayıb. Ziyarətçilərə təqdim olunan əl işlərində Azərbaycan və Anadolu mədəniyyətinin zəngin irsi, milli ornamentlər, ənənəvi naxışlar və xalqlarımızın mənəvi bağlılığı öz əksini tapıb.
Açılış mərasimi bədii proqramla davam edib. Sərgi 8 Noyabr - Zəfər Gününədək ziyarətçilərin üzünə açıq olacaq.
Pakistan
İslamabad şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib. Ölkəmizin Pakistandakı Səfirliyindən bildirilib ki, qəbulda Pakistan hökumətinin yüksək səviyyəli rəsmiləri və Pakistan ordusunun yüksək rütbəli zabitləri, Milli Assambleyanın üzvləri, diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, dövlət və ictimai xadimlər, eləcə də ölkənin tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov 44 günlük Vətən müharibəsi və tarixi Zəfər barədə geniş məlumat verib. Səfir bildirib ki, bu şanlı qələbə ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və Azərbaycan xalqının birliyi sayəsində mümkün olub.
Tədbirdə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca Pakistan hökuməti və xalqı adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Gününün 6-cı ildönümü münasibətilə səmimiyyətlə təbrik edib.
Rumıniya
Buxarestdə Azərbaycanın 8 Noyabr Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Club Diplomatic” sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycan torpaqları 30 il işğal altında qalıb, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb. Səfir müharibədən sonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edib.
Rumıniya Senatının sədri Mirça Abrudyan çıxışında 8 Noyabr tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O bu tarixin Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib. Senatın sədri regionun gələcəkdə iqtisadi, enerji və nəqliyyat layihələri ilə daha çox tanınacağına ümidvar olduğunu ifadə edib.
Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
XQ
Baxış sayı:73
Bu xəbər 05 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















