Icma.az
close
up
RU
Venesuela məsələsi ABŞ yə Yaxın və Orta Şərqdəki müttəfiqlərini daha ciddi nəzarət altında saxlamağa imkan verəcək

Venesuela məsələsi ABŞ yə Yaxın və Orta Şərqdəki müttəfiqlərini daha ciddi nəzarət altında saxlamağa imkan verəcək

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2007-ci ilin yanvar ayının əvvəlində Uqo Çaves telekommunikasiya, elektrik mühəndisliyi və enerji sektorlarının milliləşdirilməsinin yaxınlaşdığını elan etdi. Çavesin sözlərinə görə, o, "21-ci əsr sosializmi" qurmaq niyyətində idi. Çaves ABŞ-ın hər zamanda Venesuelada xüsusi marağının olduğunu qeyd edirdi. Çaves 17 il əvvəl demişdi ki, Venesuela dünyanın ən böyük neft və qızıl ehtiyatlarına malikdir, ABŞ-nin də məqsədi itaətkar bir kukla rejimi qurmaqdır.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Venesuelada son günlərdə baş verənlər dünya gündəminin əsas mövzusudur: “Amerika Birləşmiş Ştatları əməliyyat keçirərək ölkənin prezidentinin bu əməliyyat vasitəsilə həbs edərək, ölkədən qaçırıb. Bu da yeni dönəmimizin ən vacib hadisəsi hesab olunur. Bu hadisə Amerika tarixində ilk hadisə deyil. Oxşar hadisə 36 il öncə Panama prezidenti ilə də bağlı yaşanmışdı. O zaman da Panama prezidenti məhz Maduro kimi narkotik ticarəti ilə bağlı ittiham edilmişdi. ABŞ-nin məqsədi yalnız Maduronu həbs etmək deyil. Məqsəd Venesuelanı ilə bağlı problemi kökdən həll etməkdir.

ABŞ hələ 1823-cü ildə beşinci prezident Ceyms Monro tərəfindən elan edilmiş xarici siyasət prinsipləri toplusunda Qərb yarımkürəsində hegemonluğunu təmi etmək istəyir. Belə ki, həmin doktorinaya görə, Avropa ölkələri Qərb yarımkürəsinə buraxılmamalı idi. Son 35-40 ildə bölgədə bir çox dövlətlər sol təmayüllü rejimlər quraraq ABŞ-nin maraqları ilə zidd siyasət aparmağa apardı. Bu da ABŞ-nin siyasi maraqlarına uyğun deyildi”.

Oqtay Qasımov

Donald Tramp niyə Venesuelanı hədəf seçdi?

Politoloqun fikrincə, ilk növbədə Venesuelanın Amerikanın geostrateji rəqibləri olan Çin, Rusiya və İranla yaxşı münasibətlər qurması, həmçinin Qərb yarımkürəsində onların təsir dairələrinin artmasına şərait yaratması narahat edirdi və Amerika bunun qarşısını bu addımla almağa çalışdı: “Digər tərəfdən Venesuelanın zəngin təbii ehtiyatları Amerikanın diqqətini cəlb edirdi. Huqo Rafael Çavez hakimiyyətə gələrkən nefti milliləşdirdi və ölkədə fəaliyyət göstərən Amerika şirkətləri Venesuelanı tərk etmək məcburiyyətində qaldı və onlar müəyyən itkilərə məruz qaldı. ABŞ prezidenti həm də bunun intiqamını alır.

Venesuelanın neft ehtiyatlarının 303 milyard barel olduğunu nəzərə alsaq ki, bu da dünya neft ehtiyatlarının 17,5 faizini təşkil edir.

Amerika Birləşmiş Ştatları bu potensiala nəzarət etməklə, dünyada enerji siyasətinin müəyyən olunmasında əsas rol alacağını göstərir.

Venesuela məsələsi həm də Amerika Birləşmiş Ştatlarının Yaxın və Orta Şərqdəki müttəfiqləri sayılan ölkələri daha ciddi şəkildə nəzarət altında saxlamağa imkan verəcək”.

Oqtay Qasımov bildirib ki, Venesuelaya nəzarət eyni zamanda, dünyada neft qiymətləri ilə bağlı Amerika Birləşmiş Ştatlarına manevr imkanları yaradır, çünki OPEC-dən asılılıq ciddi şəkildə azalır.

Oqtay Qasımov hesab edir ki, Venesuelada bu əməliyyatın həyata keçirilməsi və ölkənin nəzarətə alınması həm də, Latın Amerikası ölkələrinə bir göz dağıdır: “Bu əməliyyat onlara da xəbərdarlıq siqnalı sayıla bilər ki, onlar da Amerikanın maraqlarına zidd getməsinlər və onun maraqlarına uyğun siyasət aparsınlar. Artıq Donald Tramp özünün mətbuat konfransında iki ölkənin Kuba və Kolumbiyanın daha adını çəkdi. Görünən odur ki, Kuba ilə bağlı Amerika Birləşmiş Ştatları növbəti mərhələ üçün hansısa bir planlar hazırlayır. Bu baxımdan hazırda Amerika Birləşmiş Ştatlarının Venesuelada həyata keçirdiyi bu əməliyyat Qərb yarımkürəsindəki Latın Amerikasına vəziyyətə kifayət qədər ciddi təsir edəcək. Bu həm ABŞ-dən qorxu hissini artıracaq. Eyni zamanda Amerikaya qarşı gizli düşüncələri də gücləndirəcək. Hələlik Amerikanın qlobal rəqibləri olan Çin, o cümlədən Rusiya və İranın da bu məsələ ilə bağlı mövqeyi tam şəkildə sərt deyil”.

Politoloq hesab edir ki, dünya bu hadisə ilə yeni ilə çox fəal şəkildə daxil oldu və ilə damğasını vuran bir hadisə yaşandı. Oqtay Qasımovun fikrincə, bu hadisə həm də gələcək üçün mənfi presedentlərin də əsasını qoydu: “Yəni bundan sonra özünü qlobal güc hesab edən dövlətlər hansısa dövlətlərə qarşı bu tipli addımlara cəhd edə bilərlər”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see152

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri