Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Venesuela nefti bazara qayıdarsa, qiymətlərdə nələr baş verər?

Venesuela nefti bazara qayıdarsa, qiymətlərdə nələr baş verər?

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Venesuela planetdə təsbit olunmuş neft ehtiyatlarının 17,2 faizinə, yəni 304 milyard barelə sahib olmaqla dünya birincisidir. Amma hazırda ABŞ-nin Venesuelaya müdaxiləsi hələ o demək deyil ki, bu neft qısa zamanda bazarlara çıxıb hansısa ciddi fərqliliklər yaradacaq. Çünki, mövcud infrastrukturun səviyyəsi çox aşağıdır. Belə ki, quyuların böyük hissəsi köhnədir və fasiləsiz işləmək üçün kompressorlar, nasoslar və enerji təminatı çatışmır. Mövcud hasilat gücü texniki aşınma və uzunmüddətli baxımsızlıq səbəbindən potensialdan xeyli aşağı səviyyədədir. Çıxarılan neftin boru kəmərləri ilə terminallara daşınmasında itkilər və fasilələr yaşanır, bu da gündəlik hasilatın artımını məhdudlaşdırır”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, deyib ki, nəticədə Venesuelanın ixrac infrastrukturu neftin bazara sürətli və kütləvi çıxışına tam hazır deyil:

“Venesuelanın böyük emal mərkəzi olan neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi ilə işləyir. Bəzi dövrlərdə isə bu fəaliyyətin təxminən 10 faizi işlək olur.Ümumiyyətlə, Venesuelanın əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir və burada çıxarılan xammal əsasən çox ağır, yüksək özlülüklü neftdir. Bu neftin API göstəricisi adətən 7-9 aralığında olur, qatran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır.Beynəlxalq bazara isə bu xammal seyreltmə və qarışdırma yolu ilə çıxarılır. Məsələn, Merey 16 markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə də Brent neftindən normal şəraitdə 12-15 dollar ucuz satılır. Amma sanksiya və digər risklər artanda isə Brentdən 20 dollar da ucuz ola bilir. Orinoko neftini ixraca uyğun etmək üçün nafta və yüngül neft kimi seyrəldicilər lazımdır. Bu komponentlər çatmayanda hasilat birbaşa boğulur”. 

İqtisadçı bildirib ki, 2025-ci ilin son göstəricilərinə görə Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir: 

“Hasilatı artırmaq üçün əsas məhdudiyyətlər köhnə hasilat infrastrukturu, texniki servis çatışmazlığı, seyreldici təminatı və investisiya qıtlığıdır. ABŞ Enerji Məlumtları Administrasiyası (EIA) və bazar monitorinq şirkətlərinin qiymətləndirməsinə görəbu problemlər mərhələli şəkildə aradan qaldırılsa, 12-18 ay ərzində hasilatı 1,2 milyon barel/gün, 2-3 il ərzində isə gündəlik 1,5-2,0 milyon barel səviyyəsinə çatdırmaq mümkündür. 3 milyon barel və yuxarı hasilat isə yalnız iri həcmli kapital qoyuluşu və texnoloji yenilənmə tələb etdiyi üçün 4-6 illik zaman intervalında real görünür.2025-ci ilin sonuna qlobal gündəlik neft tələbatı təxminən 104 milyon barel səviyyəsində qiymətləndirilir. Bu baxımdan gündə əlavə 1 milyon barel bazara çıxış tələbatın təxminən 1 faizinə, 2 milyon barel isə 2 faizə bərabərdir. Rəqəm baxımından kiçik görünsə də, neft bazarında qiyməti çox vaxt məhz bu marjinal dəyişikliklər formalaşdırır. Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satıç ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün deyil”. 

E.Əmirovun sözlərinə görə, bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq:

“Əgər proseslər 2026-nın sonuna doğru stabilləşərsə, real bazar təsiri 2027-ci ildən hiss oluna bilər. Bu mərhələdə hssilatın 1,3-1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da qlobal tələbatın təxminən 1-1,5 faizi deməkdir. Belə artım bazarı sarsıtmaz, lakin neft qiymətlərinin yuxarı həddinə 5-7 dollar aralığında aşağı yönlü məhdudlaşdırıcı təsir göstərə bilər.Əgər 2028-2029-cu illərdə hasilat 1,8-2,0 milyon barel/gün səviyyəsində sabitləşərsə, Venesuela artıq neft bazarında struktur faktor kimi çıxış etməyə başlayar. Bu mərhələdə əsas effekt birdəfəlik qiymət enişi yox, neftin uzunmüddətli tarazlıq səviyyəsinin aşağı çəkilməsi olar və yüksək qiymətlərin formalaşması daha çətinləşər.Daha uzaq perspektivdə, əgər Venesuela 5-6 il ərzində hasilatı 3 milyon barel/gün səviyyəsinə çatdıra bilsə, bu artıq qlobal bazar üçün şok deməkdir. Belə həcmdə əlavə təklif OPEC tərəfindən tam kompensasiya olunmazsa, Brent qiymətlərinin uzun müddət 60 dollar intervalından yuxarı qalması çətinləşər və bazar aşağı diapazonda sıxışar.Əgər buna bənzər ssenari İran üzərində də qurularsa və iki ölkə birlikdə gündə 5–6 milyon barel əlavə təklif formalaşdırarsa, bu artıq qlobal neft bazarında oyun qaydalarını dəyişən vəziyyət olar. Belə bir şəraitdə Brent üçün 50 dollar səviyyəsi yeni normaya çevrilə, yüksək qiymətlər isə yalnız fövqəladə geosiyasi şoklarla mümkün ola bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see392

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri