Icma.az
close
up
RU
Venesuela nefti bazara qayıdarsa: Qiymətdə nələr baş verər?

Venesuela nefti bazara qayıdarsa: Qiymətdə nələr baş verər?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Venesuela planetdə təsbit olunmuş neft ehtiyatlarının 17,2 faizinə, yəni 304 milyard barelə sahib olmaqla dünya birincisidir. 

Amma hazırda ABŞ-nin Venesuelaya müdaxiləsi hələ o demək deyil ki, bu neft qısa zamanda bazarlara çıxıb hansısa ciddi fərqliliklər yaradacaq. Çünki mövcud infrastrukturun səviyyəsi çox aşağıdır. 

Belə ki, quyuların böyük hissəsi köhnədir və fasiləsiz işləmək üçün kompressorlar, nasoslar və enerji təminatı çatışmır. Mövcud hasilat gücü texniki aşınma və uzunmüddətli baxımsızlıq səbəbindən potensialdan xeyli aşağı səviyyədədir. Çıxarılan neftin boru kəmərləri ilə terminallara daşınmasında itkilər və fasilələr yaşanır, bu da gündəlik hasilatın artımını məhdudlaşdırır". 

"Cebheinfo.az" xəbər verir ki,  bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, nəticədə Venesuelanın ixrac infrastrukturu neftin bazara sürətli və kütləvi çıxışına tam hazır deyil:

"Venesuelanın böyük emal mərkəzi olan neft emal kompleksləri uzun müddətdir ki, gücünün kiçik hissəsi ilə işləyir. Bəzi dövrlərdə isə bu fəaliyyətin təxminən 10 faizi işlək olur.

Ümumiyyətlə, Venesuelanın əsas neft ehtiyatları Orinoko hövzəsində yerləşir və burada çıxarılan xammal əsasən çox ağır, yüksək özlülüklü neftdir. Bu neftin API göstəricisi adətən 7-9 aralığında olur, qatran və asfalten payı yüksəkdir, bu da hasilat, daşınma və emalı bahalaşdırır:.

"Beynəlxalq bazara isə bu xammal seyreltmə və qarışdırma yolu ilə çıxarılır: "Məsələn, Merey 16 markalı qarışığın API göstəricisi təxminən 16, kükürd tərkibi isə 3 faiz civarındadır. Buna görə də "Brent" neftindən normal şəraitdə 12-15 dollar ucuz satılır. 

Amma sanksiya və digər risklər artanda isə "Brent"dən 20 dollar da ucuz ola bilir."Orinoko" neftini ixraca uyğun etmək üçün nafta və yüngül neft kimi seyreldicilər lazımdır. Bu komponentlər çatmayanda hasilat birbaşa boğulur. 

2025-ci ilin son göstəricilərinə görə Venesuelanın gündəlik neft hasilatı təxminən 0,9 milyon barel səviyyəsində qiymətləndirilir. Hasilatı artırmaq üçün əsas məhdudiyyətlər köhnə hasilat infrastrukturu, texniki servis çatışmazlığı, seyreldici təminatı və investisiya qıtlığıdır. 

ABŞ Enerji Məlumtları Administrasiyası (EIA) və bazar monitorinq şirkətlərinin qiymətləndirməsinə görəbu problemlər mərhələli şəkildə aradan qaldırılsa, 12-18 ay ərzində hasilatı 1,2 milyon barel/gün, 2-3 il ərzində isə gündəlik 1,5-2,0 milyon barel səviyyəsinə çatdırmaq mümkündür. 

3 milyon barel və yuxarı hasilat isə yalnız iri həcmli kapital qoyuluşu və texnoloji yenilənmə tələb etdiyi üçün 4-6 illik zaman intervalında real görünür".

İqtisadçının fikrincə

2025-ci ilin sonuna qlobal gündəlik neft tələbatı təxminən 104 milyon barel səviyyəsində qiymətləndirilir:

"Bu baxımdan, gündə əlavə 1 milyon barel bazara çıxış tələbatın təxminən 1 faizinə, 2 milyon barel isə 2 faizə bərabərdir. Rəqəm baxımından kiçik görünsə də, neft bazarında qiyməti çox vaxt məhz bu marjinal dəyişikliklər formalaşdırır.

Mövcud şəraitdə 2026-cı il Venesuela nefti üçün real satıç ili deyil. Ölkədə proseslər hələ formalaşma mərhələsindədir və təhlükəsizlik, idarəetmə, texniki sabitlik və infrastruktur olmadan hasilatın və ixracın artması mümkün deyil. Bu səbəbdən 2026-da Venesuela neftinin qiymətlərə təsiri real həcmlə yox, əsasən gözləntilər səviyyəsində qalacaq.

Əgər proseslər 2026-nın sonuna doğru stabilləşərsə, real bazar təsiri 2027-ci ildən hiss oluna bilər. Bu mərhələdə hssilatın 1,3-1,5 milyon barel/gün səviyyəsinə yaxınlaşması mümkündür ki, bu da qlobal tələbatın təxminən 1-1,5 faizi deməkdir. Belə artım bazarı sarsıtmaz, lakin neft qiymətlərinin yuxarı həddinə 5-7 dollar aralığında aşağı yönlü məhdudlaşdırıcı təsir göstərə bilər.

Əgər 2028-2029-cu illərdə hasilat 1,8-2,0 milyon barel/gün səviyyəsində sabitləşərsə, Venesuela artıq neft bazarında struktur faktor kimi çıxış etməyə başlayar. Bu mərhələdə əsas effekt birdəfəlik qiymət enişi yox, neftin uzunmüddətli tarazlıq səviyyəsinin aşağı çəkilməsi olar və yüksək qiymətlərin formalaşması daha çətinləşər.

Daha uzaq perspektivdə əgər Venesuela 5-6 il ərzində hasilatı 3 milyon barel/gün səviyyəsinə çatdıra bilsə, bu artıq qlobal bazar üçün şok deməkdir. Belə həcmdə əlavə təklif OPEC tərəfindən tam kompensasiya olunmazsa, Brent qiymətlərinin uzun müddət 60 dollar intervalından yuxarı qalması çətinləşər və bazar aşağı diapazonda sıxışar.

Əgər bunabənzər ssenari İran üzərində də qurularsa və iki ölkə birlikdə gündə 5–6 milyon barel əlavə təklif formalaşdırarsa, bu artıq qlobal neft bazarında oyun qaydalarını dəyişən vəziyyət olar. Belə bir şəraitdə "Brent" üçün 50 dollar səviyyəsi yeni normaya çevrilə, yüksək qiymətlər isə yalnız fövqəladə geosiyasi şoklarla mümkün ola bilər". 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri