Venesuelada zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Venesuelada baş vermiş iki zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb, xəsarət alanların sayı isə 4 300 nəfərə qədər artıb.
"Report" xəbər verir ki, bu barədə "teleSURtv" Venesuelanın səhiyyə naziri Karlos Alvaradonun bəyanatına istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, 157 nəfər itkin düşüb, 200 nəfər dağıntılar altında qalıb və 2 927-dən çox ailə zərər çəkib.
Bundan başqa, infrastruktura ciddi ziyan dəyib: 250 bina və 8 xəstəxana zədələnib.
Dağıntıların episentri 100-dən çox binanın çökdüyü və xilasetmə işlərinin aparılması üçün 11 500 təhlükəsizlik xidməti əməkdaşının yerləşdiriləcəyi La-Quayradadır.
Salvador və Dominikan Respublikası artıq yardım briqadaları göndərib, Birləşmiş Ştatlar isə xüsusi əməliyyatların həyata keçirilməsinə icazə verərək onları qüvvədə olan sanksiyalardan azad edib və humanitar təşkilatlar vasitəsilə 150 milyon dollar ayırıb.
Paytaxtda əsas hava limanındakı problemlər səbəbindən hava əlaqəsinin pozulması "Iberia" və "Air Europa" aviaşirkətlərinin reyslərinin ləğv edilməsinə gətirib çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















