Venesuelada faciə böyüyür Ölənlərin sayı 188 ə çatdı
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Venesuelada baş verən güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir. Son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 188 nəfərə çatıb, 1 520 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Metbuat.az xəbər verir ki, bu barədə Venesuela parlamentinin sədri Xorxe Rodriqes dövlət televiziyasına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yaralılar xəstəxanalara yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilir. Hazırda 157 nəfər itkin düşmüş hesab olunur.
Parlament sədri qeyd edib ki, 200-dən çox insanın dağıntılar altında qaldığı ehtimal edilir. Xilasedici qruplar sağ qalanların tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Qeyd edək ki, gün ərzində açıqlanan əvvəlki məlumatlarda ölənlərin sayının əvvəlcə 32, daha sonra isə 164 nəfərə yüksəldiyi bildirilmişdi. Son rəqəmlər zəlzələnin fəsadlarının ilkin qiymətləndirmələrdən daha ağır olduğunu göstərir.
Rəsmilər zərərçəkən bölgələrdə fövqəladə vəziyyət rejimində işlərin davam etdirildiyini, itkin düşənlərin axtarışı və dağıntıların təmizlənməsi istiqamətində bütün resursların səfərbər olunduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 25 İyun 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















