“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” Vens
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
ABŞ-İran danışıqlarının 60 günü ərzində gəmilərin Hörmüz boğazından keçidi pulsuz olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “NBC News” telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, bu 60 gün anlaşma memorandumunun imzalanmasından sonra başlayacaq.
“Sazişdə deyilir ki, yekun razılaşma üzrə danışıqlar aparıldığı müddətdə 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq”, - Amerika vitse-prezidenti qeyd edib.
Vems həmçinin qeyd edib ki, Vaşinqton yekun razılaşma bağlandıqdan sonra belə boğazdan keçidin pulsuz olacağını gözləyir.
“Tehrana aydın şəkildə bildirdik ki, Vaşinqton gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş tələb edən bir sistemə dözməyəcək”, - deyə Vens yekunlaşdırdı.
Qeyd edək ki, iyunun 15-də ABŞ və İran hərbi əməliyyatlara son qoymaq və Hörmüz boğazını açmaq barədə razılığa gəldiklərini elan ediblər.
Bu mövzuda digər xəbərlər:Vens: Hörmüz boğazı pulsuz olacaq
01 İyul 2026 01:02
Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq
16 İyun 2026 04:09
Hörmüz boğazından keçid ödənişli olacaq?
26 Mart 2026 18:50
Hörmüz boğazından keçid ödənişli olacaq
06 Avqust 2026 14:18
Ərdoğan: Hörmüz boğazından keçid pulsuz olmalıdır
17 Avqust 2026 02:20
Baxış sayı:159
Bu xəbər 16 İyun 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















