Vens Pakistana gedəcək? Ziddiyyətli açıqlamalar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin İran-ABŞ danışıqlarının növbəti mərhələsində İslamabada səfəri ilə bağlı ziddiyyətli açıqlamalar verilib.
“Qafqazinfo”nun xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp “ABC News”a bildirib ki, Vens təhlükəsizlik narahatlıqları səbəbindən Pakistana getməyəcək və nümayəndə heyətinə rəhbərlik etməyəcək.
Trampın sözlərinə görə, bu qərar yalnız təhlükəsizliklə bağlıdır: “Bu, yalnız təhlükəsizlik baxımındandır. Ceyms Devid əladır”, - deyə o qeyd edib.
Bundan əvvəl ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts və enerji naziri Kris Rayt Vensin bazar ertəsindən etibarən İslamabadda keçiriləcək danışıqlara rəhbərlik edəcəyini bildirmişdilər.
Lakin sonradan Ağ Evdən verilən məlumat bu planı dəyişdirib və nümayəndə heyətinin tərkibi yenidən formalaşdırılıb.
Ağ Evdən CNN-ə bildirilib ki, Vens xüsusi elçi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerlə birlikdə İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Aprel 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















