Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmayan xəstələr hər gün səhər saatlarında WhatsApp vasitəsilə görüntülü zəngə cavab verməkdə çətinlik çəkirlər.

Şikayətçilərin sözlərinə görə, onlar illərdir mütəmadi olaraq dərman qəbul etsələr də, yeni tətbiq edilən nəzarət qaydası əlavə xərc və çətinlik yaradır.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, vərəm ciddi xəstəlikdir və müalicə prosesi çox uzun çəkir: Online alış-veriş

“Ümumiyyətlə, vərəm kifayət qədər ciddi xəstəlikdir. Nəzərə alaq ki, hazırda vərəmin rezistent formaları, yəni rifampisin, izoniazid, etambutol, pirazinamid və streptomisin kimi dərmanlara davamlı formaları meydana çıxıb. Bu xəstəliklər tamamilə yeni preparatlarla müalicə olunur və müalicə prosesi də xeyli uzun çəkir.

Belə olan halda vərəm xəstələrinin müalicəsi sistemli şəkildə aparılmalı, onlara ümumi nəzarət mexanizmi tətbiq edilməlidir. İlk növbədə, bütün xəstələrdə vərəmin hansı formasının olduğu dəqiqləşdirilməlidir. Bu baxımdan bakterioloji analiz, yəni vərəm çöplərinin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən, hər bir vərəm xəstəsi xüsusi DOTS və DOTS+ proqramları çərçivəsində müalicə olunur. Bu proqramlar dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə humanitar yardımlarla da dəstəklənir. Azərbaycanda da bu istiqamətdə yardımlar göstərilir. Həbsxanalarda və digər müəssisələrdə vərəm xəstələrinin vaxtında aşkarlanması və müalicəyə cəlb olunması ilə bağlı müəyyən işlər görülür”.

A. Qeybulla qeyd edib ki, ölkəmizdə vərəm xəstələrinin böyük bir qismi xəstəliyini gizli şəkildə müalicə etməyə çalışır:

“Onlar ətrafdakı insanların xəstəlikdən xəbər tutmasını istəmirlər. Bu isə düzgün yanaşma deyil. Çünki belə xəstələr ətrafdakıları, ailə üzvlərini və digər insanları yoluxdurmaq riski daşıyırlar. Onların ictimai nəqliyyatda və müxtəlif qapalı məkanlarda olması da yoluxma təhlükəsini artırır.

Ona görə də ildə ən azı bir dəfə əhali arasında dispanserizasiya aparılmalıdır. Bu məqsədlə kütləvi flüoroqrafiya müayinələri, hazırda mövcud olan Quantiferon testi və digər daha spesifik laborator müayinələrdən istifadə etmək mümkündür. Rəqəmsal rentgen və flüoroqrafiya müayinələri də belə xəstələrin aşkarlanması imkanlarını genişləndirir.

Düşünürəm ki, ölkədə vərəm xəstələrinin müntəzəm aşkarlanması və nəzarətə götürülməsi təmin edilməlidir. Bunun üçün xüsusilə rayonlardakı vərəm dispanserlərinin fəaliyyətini stimullaşdırmaq lazımdır. Xəstələr həmin dispanserlərdə qeydiyyatda olmalı, müalicə və nəzarət altında saxlanılmalıdırlar. Hər bir xəstənin tibbi kartı olmalı, ölkə üzrə vərəm xəstələrinin sayı və onların sağlamlıq vəziyyəti barədə dəqiq məlumat bazası yaradılmalıdır”.

Həkim bildirib ki, bütün bunları yalnız görüntülü zənglər vasitəsilə həyata keçirməyi bir qədər absurd hesab edir:

“Bu üsula o halda müraciət etmək olar ki, ölkə üzrə ümumi statistika məlum olsun, sistemli nəzarət mexanizmi qurulsun və xəstəxanada müalicə aldıqdan sonra ambulator müalicəyə keçən pasiyentlərin vəziyyətini izləmək məqsədi daşısın. Digər hallarda bu metodun özünü doğruldacağına inanmıram.

Hesab edirəm ki, bu məsələdə dünya təcrübəsi öyrənilməli və ölkəmizdə də səmərəli nəzarət sistemi tətbiq olunmalıdır”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see383

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see351

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see293

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see278

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see269

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see250

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see249

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see244

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see240

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see236

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see222

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see217

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see216

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see193

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see190

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see185

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see185

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri