Icma.az
close
up
RU
Vərəsəsiz əmlakların taleyi necə olur? Vəkil açıqladı

Vərəsəsiz əmlakların taleyi necə olur? Vəkil açıqladı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vərəsəlik məsələləri cəmiyyətdə ən çox maraq doğuran hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxsin yaxın qohumları və ya qanuni vərəsələri olmadıqda, onun geridə qoyduğu əmlakın taleyinin necə həll olunacağı sual yaradır. Belə hallarda mənzil, torpaq sahəsi, avtomobil, bank hesablarındakı vəsait və digər əmlakların kimə məxsus olacağı qanunvericiliklə tənzimlənir.
Bəs vərəsəsi olmayan şəxsin əmlakı kimə keçir və həmin əmlak üzərində hansı hüquqi prosedurlar tətbiq olunur?
Mövzu ilə bağlı Demokrat.az-a danışan vəkil Cavanşir Qasımzadə bildirib ki, şəxsin vəfat etdiyi andan etibarən vərəsəlik münasibətləri yaranır və mirasın bölüşdürülməsi qanunvericiliyin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində vərəsəlik növbəlilik prinsipi əsasında tənzimlənir:
"Şəxs öldüyü andan vərəsəlik münasibətləri yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vərəsəlik münasibətlərində növbəlilik prinsipi tətbiq edilir və miras əmlakı qanuni vərəsələrə keçir. Lakin qanunla müəyyən edilmiş növbələr üzrə heç bir vərəsə olmadıqda, həmin əmlak sahibsiz əmlak hesab olunur."
Vəkil qeyd edib ki, belə hallarda əmlak dövlət mülkiyyətinə keçir və onun taleyi xüsusi prosedur əsasında həll edilir.
"Sahibsiz əmlak dövlətin mülkiyyətinə keçir. Əgər həmin əmlakın qorunması, saxlanılması və ya idarə olunması üçün dövlət tərəfindən müəyyən xərclər çəkilibsə, ilk növbədə həmin xərclər əmlakın hesabına ödənilir. Daha sonra əmlak qanunvericiliyə uyğun olaraq hərraca çıxarılır və satışdan əldə edilən vəsait dövlət büdcəsinə köçürülür", – deyə o bildirib.
Cavanşir Qasımzadənin sözlərinə görə, mərhumun ödənilməmiş borcları olduqda isə prosedur bir qədər fərqli qaydada həyata keçirilir.
"Əgər vəfat etmiş şəxsin banklara, kredit təşkilatlarına və ya digər fiziki və hüquqi şəxslərə borcları varsa, həmin borclar da nəzərə alınır. Bu zaman sahibsiz əmlak hərrac yolu ilə satılır və əldə edilən vəsaitdən ilk növbədə mərhumun borcları ödənilir. Borclar tam bağlandıqdan sonra qalan məbləğ dövlət büdcəsinə köçürülür", – deyə vəkil vurğulayıb.
Hüquqşünasların fikrincə, bu mexanizm həm kreditorların hüquqlarının qorunmasına, həm də sahibsiz qalan əmlakın qanuni dövriyyəyə cəlb olunmasına xidmət edir. Beləliklə, qanuni vərəsələri olmayan şəxslərin əmlakı müəyyən prosedurlardan sonra dövlətin mülkiyyətinə keçir və qanunvericiliyə uyğun şəkildə idarə olunur.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri