Icma.az
close
up
RU
Vergi hər bir dövlətin qan damarıdır MÜNASİBƏT BİLDİRİLDİ

Vergi hər bir dövlətin qan damarıdır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Vergi hər bir dövlətin "qan damarıdır"". Bu sözləri SİA-ya açıqlamasında vəkil Rafiq Alışov deyib.

O bildirib ki, yəni dövlətin formalaşması, ayaqda qalması üçün büdcə vergi ilə formalaşır: "Vətəndaşların ödədikləri vergi əsasında dövlət büdcəsi formalaşır və dövlət də həmin büdcə ilə vətəndaşların sosial, təhlükəsizlik problemlərini həll edir. Buna görə də, vergi vacibdir.

Hər bir fəaliyyət göstərən sahibkar da fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, mütləq şəkildə dövlətə vergi ödəməlidir.

Kartdan karta pulun göndərilməsi vətəndaşlar, iki şəxs arasında kömək, borc üçün ola bilər. Amma hansısa ticarət sahəsi ilə məşğulsansa mütləq şəkildə gəlir görünməlidir. Gəlirin görünməsi üçün də pos-terminalın olması vacibdir. Əgər pos-terminal varsa, ödəniş artıq kartla yox, pos-terminal vasitəsilə ödənilməlidir ki, həmin gəlir dövlət tərəfindən görünsün. Dövlətin sahibkar üzərində həm də nəzarət imkanları olsun ki, sahibkar pos-terminal vasitəsilə ödənişi qəbul edib bununla da vergi ödəməlidir. Dövlətin vəzifəsi var ki, sahibkarların fəaliyyətindən əldə edilən gəlirləri gizlətməsinlər, şəffaflıq olsun. Bu mənada pos-terminalın olması, bu, nağd ödəniş də ola bilər, vacibdir. Əgər pos-terminal yoxdursa, vətəndaşın da nağd pulu yoxdursa, artıq sahibkarla vətəndaş arasında kartdan karta pul atmaq öz aralarında olan məsələ ola bilər. Məsələn, hansısa bərbərxanada, meyvə-tərəvəz satışında pos-terminal yoxdur. Bəzi sahibkarlıq müəssisələri var ki, orada pos-terminal olmasına ehtiyac yoxdur. Ödəniş nağd qaydada həyata keçirilir. Yaxud da, kartdan karta ödəniş də nağd ödəniş sayılır. O mənada sahibkarla vətəndaş arasında olan məsələdir. Nağd qaydada ödəniş varsa, pos-terminal yoxdursa, bu zaman sahibkarın vəzifəsidir ki, ona çek, qəbz versin ki, ödəniş oldu. Əgər qəbz yoxdursa, o zaman artıq kartdan karta atmaqla nağd ödəmə prosesini həyata keçirə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri