Icma.az
close
up
RU
Seçki dövlətin gücünü göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Seçki dövlətin gücünü göstərir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Seçki dövlətin gücünü göstərir. İki gün öncəki bələdiyyə seçkiləri Azərbaycan dövlətçiliyinin yeni bir sınaq imtahanı oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, hər bir seçki dövlət və cəmiyyət üçün ötən dövrə yekun vurmaq, digər tərəfdən isə gələcəyə planların qurulmasıdır: "Seçki dövlətin demokratiyaya və insan haqqlarına bağlı olduğunu göstərir. Hesab edirəm ki, bələdiyyə seçkiləri demokratik, şəffaf və rəqabətli keçdi, insanlar seçkiyə maraq göstərdi. Baxmayaraq ki, yerli idaretmə orqanının üzvləri seçilirdi, bununla belə namizədlər öz güclərini sınadılar, seçki təbliğatını aparmaq üçün bütün şəraitlər yaradıldı.

Bu seçkinin əvvəlki bələdiyyə seçkilərindən fərqi bələdiyyələrin iriləşdirilməsi, onların daha böyük ərazidə fəaliyyət göstərməsi üçün şərait yaradılması oldu. Bələdiyyələr dövlət orqanı deyil, dövlət tərəfindən maliyyələşmirlər. Onlar yerli idaretmə orqanıdır və yerli məsələləri həll edirlər. Bələdiyyələr təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, iş yerləri yaratmaq hüquqlarına sahibdir. Aydın məsələdir ki, kiçik bələdiyyələrin böyük planlar qurmaq imkanı yoxdur. Vaxtı ilə 3000-dən çox olan bələdiyyə 800-ə qədər iriləşdirildi və resurslar, imkanlar birləşdirildi. Bu imkan verəcək ki, bələdiyyələr böyük layihələr həyata keçirsinlər, bank krediti götürsünlər, grandlar alsınlar. Öz ərazilərinin abadlaşdırılması, istirahət guşələrinin yaradılması, kiçik müəssisələrin, hətta uşaq bağçaları və məktəblərin yaradılması ilə məşğul olsunlar, bunu bacaracaqlar".

"Görünən odur ki, tərkib xeyli dərəcədə dəyişdi. İnsanlar gənclərə, ziyalılara iş adamlarına, ağsaqqallara üstünlük verdilər. Tanınan insanların yerli əhəmiyyətli məsələlərin həllinə öz gücünü göstərmək imkanını dəstəklədilər. Hesab edirəm ki, yeni seçilən bələdiyyələr insanların etimadını doğruldacaq, daha yaxşı işləyəcəklər və əvvəlki dövrlərin səhvlərini buraxmayacaqlar. Bələdiyyələr insanların vaxtaşırı qapısını döydüyü, öz məsələlərinin həlli üçün müraciət etdiyi bir ünvan kimi öz nüfuzunu bir daha təsdiqləyəcək" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri