Vergi orqanları baxıcılıqla məşğul olanları ciddi nəzarətə götürməlidir AÇIQLAMA
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
"Baxıcılıq fəaliyyəti ilə məşğul olmaq və bunun müqabilində pul almaq, mahiyyət etibarilə, qanunsuz deyil. Kim inanırsa, gedir və pulunu verir. Əslində, psixoloqlara müraciət edib ödəniş etmək də eyni məntiqə əsaslanır".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, fərq ondadır ki, bu fəaliyyətdən əldə olunan gəlirə görə vergi ödənilməlidir:
"Lakin real nəzarət mexanizmi çox çətindir. Müğənnilərdən fərqli olaraq, baxıcılar ev şəraitində fəaliyyət göstərir və bu da faktların sübutunu mürəkkəbləşdirir. Vergi orqanı konkret olaraq kimin gəlib nə qədər pul verdiyini sübut etməlidir".
Vəkil deyib ki, belə hallarda da söhbət adətən böyük məbləğlərdən getmir:
"Dövlət verginin ödənilməsini tələb edə, 14 faiz vergi və üzərinə 50 faiz cərimə tətbiq edə bilər. Vergi orqanları da bu çətinliyi bildiyi üçün bu sahəyə ciddi nəzarət etmir. Çünki nəzarət üçün əməkdaş göndərmək, ödənişi sübut etmək praktik olaraq mümkünsüzdür. Eyni çətinlik repetitorluq və fərdi müəllimlik fəaliyyəti üçün də keçərlidir".
Qeyd edək ki, son dövrlər sosial mediada baxıcılıqla bağlı sponsorlu reklamların sayı artıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, fərq ondadır ki, bu fəaliyyətdən əldə olunan gəlirə görə vergi ödənilməlidir:
"Lakin real nəzarət mexanizmi çox çətindir. Müğənnilərdən fərqli olaraq, baxıcılar ev şəraitində fəaliyyət göstərir və bu da faktların sübutunu mürəkkəbləşdirir. Vergi orqanı konkret olaraq kimin gəlib nə qədər pul verdiyini sübut etməlidir".
Vəkil deyib ki, belə hallarda da söhbət adətən böyük məbləğlərdən getmir:
"Dövlət verginin ödənilməsini tələb edə, 14 faiz vergi və üzərinə 50 faiz cərimə tətbiq edə bilər. Vergi orqanları da bu çətinliyi bildiyi üçün bu sahəyə ciddi nəzarət etmir. Çünki nəzarət üçün əməkdaş göndərmək, ödənişi sübut etmək praktik olaraq mümkünsüzdür. Eyni çətinlik repetitorluq və fərdi müəllimlik fəaliyyəti üçün də keçərlidir".
Qeyd edək ki, son dövrlər sosial mediada baxıcılıqla bağlı sponsorlu reklamların sayı artıb.
Əfsanə Kamal
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Evdə sahibkarlıqla məşğul olub vergi ödəməyənləri hansı cəzalar gözləyir? AÇIQLAMA
18 Mart 2025 20:12
Repetitorlar vergi ödəyəcək? AÇIQLAMA
02 Aprel 2025 13:52
Azərbaycanda vergi güzəştləri uzadılacaq? AÇIQLAMA
24 Sentyabr 2025 12:36
Vergi ödəməyən blogerlər cəzalandırılacaq? AÇIQLAMA
05 Mart 2025 16:14
AQTA dondurmalara nəzarətə başlayıb? AÇIQLAMA
10 Aprel 2025 18:37
Baxış sayı:40
Bu xəbər 24 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















