Icma.az
close
up
RU
AQTA dondurmalara nəzarətə başlayıb? AÇIQLAMA

AQTA dondurmalara nəzarətə başlayıb? AÇIQLAMA

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Havaların tədricən isinməsi ilə birlikdə dondurmalara olan maraq da artır. Lakin artan tələbatla yanaşı, bu məhsulların keyfiyyəti və təhlükəsizliyi də gündəmə gəlir. Ötən il tərkibində müəyyən nöqsanlar aşkarlanan dondurmalar satışlardan yığışdırıldı. Bəs bu il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən satışda olan dondurmalara nəzarət başlanıb?

Agentlikdən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daha çox mövsümi olaraq istehlak olunan dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada AQTA tərəfindən nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir:

“Nəzarət tədbirləri çərçivəsində satışda olan dondurmalardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Sınaq nəticələrində uyğunsuzluq aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlər görülməkdədir.

Qeyd edək ki, cari dövr ərzində dondurmalarla bağlı istehlakçılardan hər hansı şikayət daxil olmamışdır”.

Agentliyin məlumatında ötən dövr ərzində bu sahədə aparılan yoxlamalar zamanı aşkar edilmiş əsas nöqsanlar açıqlanıb:

- Bəzi məhsulların sınaq nəticələrində aşkar olunmuş uyğunsuzluqlar;

- Bir sıra müəssisələrdə texnoloji ardıcıllıq prisipinə əməl edilməməsi;

- Bəzən məhsulun üzərində olan enerji dəyəri ilə sınaq nəticələri əsasında müəyyən edilmiş enerji dəyəri arasında uyğunsuzluğun olması;

- Bir çox hallarda istifadə olunan xammalların saxlanılması zaman temperatur rejiminə və saxlanma qaydaların əməl edilməməsi;

- İşçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövri tibbi müayinədən keçməməsi.

Açıqlamada qeyd olunub ki, vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see525

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see403

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see400

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see365

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see264

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see211

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see188

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see183

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see178

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see176

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see173

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see164

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see159

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see157

Antonio Banderas: Keçirdiyim infarkt həyatımın ən yaxşı hadisəsi oldu

07 Avqust 2026 02:24see155

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see155

Vaşinqton İraq Mərkəzi Bankına dollar tədarükünü bərpa etdi

07 Avqust 2026 02:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri