Icma.az
close
up
RU
Vergi ödəməyən blogerlər cəzalandırılacaq? AÇIQLAMA

Vergi ödəməyən blogerlər cəzalandırılacaq? AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Azərbaycanda çox sayda bloger və influenser fəaliyyət göstərir ki, sosial mediada geniş auditoriyaya sahibdirlər. Baxmayaraq ki, onların reklam və sponsorlardan əldə etdikləri qazanc kifayət qədər yüksəkdir, ancaq onların əksəriyyəti rəsmi olaraq vergi ödəmirlər.

İqtisadçı ekspert Günay Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, digər ölkələrdən fərqli olaraq, bizdə bloger fəaliyyəti ilə bağlı konsept tamamən fərqlidir:

“İnsanlar, əsasən hansısa sahədə daha asan qazanc görürsə, həmin istiqamətə yönəlir. Bizdə konseptin fərqli olması isə budur ki, savadı oldu və ya olmadı, cəmiyyətə uyğundur, yaxud deyil, hərə əlinə bir telefon alıb çəkir. Təbii ki, bəzi blogerlər var ki, turizm, səyahət, dünya ölkələri, maraqlı məlumatlar haqqında paylaşılan video və ya adi paylaşımları daha faydalıdır. Blogerlərin əsasən qazancları reklamdandır. Fiziki şəxslərin sosial şəbəkədən pul qazanması sahibkarlıq fəaliyyətindən əldə olunan qazancdır”.

İqtisadçı vergilərlə bağlı son zamanlar uğurlu işlərin görüldüyünü bildirsə də, əskik tərəflərin də olduğunu istisna etməyib:

“Düşünürəm ki, yaxın zamanda bununla da bağlı tədbir görülər. Sıravi vətəndaş hansısa məhsulu aldıqda vergisini ödəyirsə, 1 saat ərzində minlərlə pul qazanan bloger nə üçün ödəmir? Bu gün istənilən şəxs vergi ödəmədən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi? Xeyr, cərimə yazılar, üstəlik prosedur gərəyi obyekt də möhürlənər. 400 manat minimum əmək haqqı alan vətəndaşdan vergi tutulursa, blogerdən də tutulmalıdır. Əks halda asan qazanc yolu kimi hamı oturar evində, gündə 1 ya 2 saat paylaşım, ya reklam edər, gedib ayın 30 günü ən yaxşı halda 8 saat işləməz”.

G.Hüseynova qeyd edib ki, hansısa fəaliyyətlə məşğul olan şəxslər Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçməli, VÖEN almalı, gəlirinə uyğun vergisini verməlidir:

“Bununla belə, reklam üçün ödəniş verən tərəf də məsuliyətə cəlb olunmalıdır. Tərəflər arasında qarşılıqlı faktura kəsilməli, ödənişlər rəsmi şəkildə bank vasitəsi ilə aparılmalıdır”, - deyə ekspert əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri