Icma.az
close
up
RU
Vergi sizi bu halda cərimələyirsə, məhkəməyə müraciət edin

Vergi sizi bu halda cərimələyirsə, məhkəməyə müraciət edin

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

VÖEN-i olan, lakin faktiki heç bir gəlir əldə etməyən şəxslərə vergi orqanları tərəfindən cərimə tətbiq edilməsi bəzən müzakirələrə yol açır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, belə hallarda vətəndaşın hüquqlarını müdafiə etmək üçün qanuni mexanizmlər mövcuddur.

Hüquqşünasın sözlərinə görə, vergi orqanı tərəfindən tətbiq edilən istənilən sanksiya adətən səyyar və ya kameral vergi yoxlamasının nəticəsi olaraq rəsmiləşdirilir.

Əgər vətəndaşın real fəaliyyəti və gəliri olmayıbsa, o, bu qərardan məhkəməyə müraciət edir:

“Vətəndaş çox rahat şəkildə məhkəməyə müraciət ünvanlayaraq, fəaliyyətinin olmadığına dair sübutları təqdim etməklə yazılmış cərimənin ləğvini tələb edə bilər. Eyni zamanda, vergi orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin ödənilməsi üçün də iddia qaldırmaq hüququ var”.

Ramil Süleymanov xüsusilə bank hesablarına tətbiq olunan məhdudiyyətlərə diqqət çəkərək qeyd edib ki, bəzi hallarda məhkəmə vergi orqanının qərarını yanlış hesab etsə belə, artıq bloklanmış vəsait geri qaytarılmır:

“Vergi orqanı tərəfindən bank hesabına tətbiq edilən sərəncam sonradan məhkəmə qərarı ilə səhv sayılsa belə, vergi ödəyicisinin hesabına qoyulan məhdudiyyət nəticəsində bloklanan məbləğ geri qaytarılmır. Bildirilir ki, bu vəsait gələcək vergi ödənişləri ilə əvəzlənəcək. Bu isə qanunvericiliyə ziddir və vətəndaşın mülkiyyət hüququnun pozulması deməkdir”.

Hüquqşünasın fikrincə, VÖEN-in mövcudluğu avtomatik olaraq cərimə üçün əsas yaratmır və gəliri olmayan şəxslər vergi orqanlarının qərarlarından çəkinmədən hüquqi müstəvidə şikayət verə bilərlər.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri