Icma.az
close
up
RU
Yaxşı ki, sizi öldürməyiblər Şükür edin ki, məhkəməyə veriblər sizi

Yaxşı ki, sizi öldürməyiblər Şükür edin ki, məhkəməyə veriblər sizi

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

“Sumqayıt” Futbol Klubunun (FK) prezidenti Riad Rəfiyev hələ də idman jurnalistləri Anar Şabanoğlu və İxtiyar Əsğərovla məhkəmə çəkişməsini davam etdirir.

Mia.az xəbər verir ki, avqustun 4-də məhkəmənin növbəti iclası olacaq.

İyulun 2-də Beynəlxalq İdman Jurnalistləri Günüydü və həmin gün Riad Rəfiyevin iddiası əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, hakim Nərgiz Tağıyevanın sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdi.

Hələ təzəlikcə biz medianın 150 illik yubileyini qeyd elədik, bayramlaşma bu ilin sonunadək davam edəcək və iş adamı Rəfiyev bizim bu atəşfəşanlığın fonunda çəkişməsini hələ də davam etdirir. 

Söz yox, indiyədək bizlərin bu və ya digər səbəblərlə məhkəmə çəkişmələri olub. Bəlkə jurnalistlərin də haqsız olduğu durumlar yaşanıb. Amma sadəcə, jurnalistdən hikkəsini çıxarmaqçün belə bəsit şəkildə hüquqi platformaya özünü kökləyib ovunmağa çalışmasını R.Rəfiyevin forsuna və ədasına yerdən-göyə yaraşdırmıram.

Mən gözləyirdim ki, heç olmasa, media yubileyi həftəsində Rəfiyev bir jest edər. Yaxşı, deyək ki, öfkəsindən özü sağlam düşünə bilmir, bəs ətrafında da bir ağıllı yoxdumu ona örkənlə doğanağın mehriban münasibətləri barədə mühazirə oxuya?

Onun prezidenti olduğu “Sumqayıt” Futbol Klubu (FK) Premyer Liqa komandasıdı, gözümüzün önündədi, yaxşısı-pisi ilə hər zaman media və informasiya dəstəyi alıb. Bir nöqsanını yazanda o birinə göz yummuşuq. Bəzən “ümumi futbol marağına zərbə olar”, deyə üstünü vurmamışıq çöx məsələnin. Bəzən əlimizə Rəfiyev və onun kimilərin şəxsi zəmində cürbəcür xəbərlərini, şəkillərini, videolarını qoyublar ovcumuza, səsimizi çıxarmamışıq. “Kişini qurşağdan aşağı vurmazlar”, - deyib, ailə söhbətlərini ortalıqda məzəyə çevirməmişik. Oğul-uşaq psixioloji travma almasın deyə, nə temaları açılmamaq üzrə bağlamışıq, xəbəriniz varmı, hörmətli klub böyükləri?

Bunun fərqində olmamaq şəxsiyyətin bəsitliyinə dəlalət etməlidi, məncə.

Uzun sözün qısası, deyirəm, R.Rəfiyevi sevən, xətrini istəyən biri varsa, otursun onunla qabaq-qənşər, desin ona mənim yazdıqlarımı. 

Həmkarlarıma da demək istəyirəm ki, şükür edin.

Şükür edin ki, məhkəməyə veriblər sizi. Döyüb öldürməyiblər.

Bizim ölkədə idman jurnalistinin döyülərək öldürülməsi təcrübəsi də var çünki. 

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri