Icma.az
close
up
RU
“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, eləcə də İşçi qrupuna daxil olan konsaltinq şirkətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib. İclasda “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci rübü ərzində, habelə ondan sonrakı dövrdə görülən işlər barədə məlumat təqdim olunub. Qeyd olunub ki, ötən müddət ərzində vergiödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib. Həmçinin, sadələşdirilmiş vergitutma rejimində işləyən vergiödəyicilərinin bəyannamələrinin göndərilməsinin asanlaşdırılması üzərində də hazırda intensiv işlər aparılır.

DVX-ın Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə işçi qrupunun üzvlərini məlumatlandırıb, ötən müddət ərzində həyata keçirilən təhlil, araşdırmalar və Ombudsman xidmətinin əsas fəaliyyət prinsiplərini diqqətə çatdırıb.

İclasda işçi qrupunun üzvləri və konsaltinq şirkətlərinin nümayəndələri onları maraqlandıran məsələlərlə bağlı suallar ünvanlayıblar.

“Bizcon audit” şirkətinin direktoru Anar Bayramov, "Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyev, Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) “Qanunvericilik” Komitəsinin sədri Azər Qənbərov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vergiödəyicilərinin məlumatlılığının artırılmasına yardım edə biləcək yeni xidmətlərin hazırlanması, riskli vergiödəyiciləri ilə iş, vergi öhdəliklərinin əvəzləşdirilməsi, daxili və xarici emal sənayesində vergi yanaşmaları və s. məsələlərlə bağlı çıxış ediblər, bir sıra təkliflər baxılmaq üçün qeydə alınıb.

İclasda 2025-ci il üzrə yol xəritəsinin hədəfləri üzrə nəzərdə tutulan işlər də müzakirə olunub. İlin sonunadək yol xəritəsi üzrə qarşıda duran hədəflərin icrası istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin müvafiq strukturlarına tapşırıqlar verilib.

Qeyd olunub ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri