“Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti iclası keçiriləcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə məlumat təqdim olunacaq, qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupun işində iştirak etməklə aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.


