Icma.az
close
up
RU
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

"APA-Economics" xəbər verir ki, iclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlərin nəticələri və bu il ərzində icrası nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də işçi qrupa daxil olan bir sıra ictimai birliklərin, biznes assosiasiyalarının və konsaltinq şirkətlərinin, özəl sektorun nümayəndələri iştirak ediblər.

DVX-nin rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər, Dünya Bankının müvafiq anket sorğusu barədə məlumat verib. Bildirib ki, 2025-ci ildə bu sahədə tamamlanmamış işlər daha intensiv şəkildə həyata keçirilməlidir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev komissiya tərəfindən 2024-cü il ərzində görülmüş işlər, Dünya Bankının təqdim etdiyi “Business Ready” hesabatında qiymətləndirmə zamanı tətbiq ediləcək metodlar, hesabatın “Vergitutma” indikatoru üzrə sorğu vərəqəsinə dair tələblər barədə məlumat verib.

İclas iştirakçıları 2025-ci ildə nəzərdə tutulan tədbirləri müzakirə edərək bu prosesdə özəl sektorun təkliflərinin nəzərə alınmasını, sahibkarların ictimai birlikləri ilə görüşlərin intensivləşdirilməsinin zərurətini vurğulayıblar. DVX rəisinin müşaviri, Vergi ombudsmanı Elçin Məmmədov komissiyanın iclaslarının özəl sektorun iştirakı ilə keçirilməsinin vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və “Business Ready” hesabatında Azərbaycanla bağlı qiymətləndirmələrin obyektivliyi baxımından mümüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İclasda özəl sektor nümayəndələrinin təklifləri müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Fevral 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri