Icma.az
close
up
RU
Vernidub: “Daha çox qol vura bilərdik”

Vernidub: “Daha çox qol vura bilərdik”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə fikirlərini bölüşüb…

– İkinci hissədə daha aktiv olan “Neftçi” nə üçün birinci hissədə bu oyunu oynaya bilmədi?
– İki fərqli hissə oldu. Birinci hissədə oyunçular gözlənilən sürəti, intensivliyi göstərə bilmədilər. Rəqib də ciddi epizodlar yarada bilməmişdi. Onlara penalti şansı verdik. İkinci hissədə tamamilə başqa cür oldu. Oyunçulara bildirdim ki, sürəti artırmasaq, heç nə alınmayacaq. Fasilədən sonra ilk dəqiqələrdən rəqib oyunun vaxtını aparırdı. Buna görə də irəli atıldıq ki, oyunun taleyini müəyyən edək. İkidən daha çox qol vura bilərdik. İmkanlarımız oldu, lakin dəyərləndirə bilmədik. 100 faizlik epizodlarımız var idi. Faraj, Sambu çox fürsət qaçırdı.

– İlk səfəriniz bölgəyə oldu. Burdakı ab-hava haqda fikirləriniz nədir? Süni örtüklü meydança haqda nə düşünürsünüz?
– Ukraynada sintetik meydançada oynamağa icazə verilmir, amma burda normaldır. Hər iki komanda üçün şərait eyni idi. Düzdür, daha çox təbii örtüklü meydançada məşqlər keçirik. Daha tez gəlib, hazırlaşa bilərdik, amma istəmədim. Çünki məşq zamanı zədə ehtimalı var idi.

– Komandaların formaları bir-birinə çox bənzəyirdi. Sizcə, qeyri-dəqiq ötürmələrə səbəb bu idi?
– Mənə də elə gəlirdi ki, formalar oxşardır. Bizdə ağ, rəqibdə ağ-qara idi. Bəlkə də, müəyyən məqamlarda oxşarlıqlar olurdu. Daha dəqiq oyunçulardan soruşmaq lazımdır.

– Abubakar gəlişinizdən sonra daha az şans qazanır. Ona ismarıc verirsiniz ki, sisteminizə uyğun deyil?
– Abubakar dünya futbolunun ulduzudur. Ona ismarıcım yoxdur. Komandaya mövsümün ortasında qoşulub. Durumu haqda nəsə demək çətindir. Daha çox məşqlərdən sonra dəqiq nəsə demək olar.

– Ötən mətbuat konfransında demişdiniz ki, komandada iki problem var – fiziki durum və oyun intizamı. Hansını düzəltmək daha asandır?
– “Sumqayıt”la oyundan 5 gün keçib. Bu müddətdə fiziki durumu düzəltmək demək olar, mümkün deyil. Ona görə futbolçulara daha az yüklənmə verdik. Oyun intizamını düzəltmək üzrəyik. Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq. Futbolçulara hörmət edirəm və onlardan bunun qarşılığını gözləyirəm.

– Ştoqrinin komandada qalmaq ehtimalı var?
– Toplanışlarımız olacaq. Vəziyyətə baxacağıq. Ştoqrini Ukraynadan tanıyıram. Qalmasını çox istərdim. Çox yaxşı fiziki formadadır. O, nəinki 90, 120 dəqiqə oynamağa hazırdır. Kapitan Emin Mahmudov da artırıb və komandanı arxasıyca aparır. Çünki kapitan lider olmalıdır. O, mənim birinci köməkçimdir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Dekabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri