Vernidubdan iddialı açıqlama Həm liqada, həm avrokubokda...
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" klubuna qarşı keçiriləcək ilk oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının həm ölkə daxilində, həm də avrokuboklarda iddialı olduğunu bildirib.
"Neftçi"nin 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır. Bunlar üçün bizə zaman lazımdır.
Vernidub rəqibin hazırkı durumunu da dəyərləndirib:
"Dinamo" hazırda öz ölkəsinin lideridir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digərləri haqqında düşünməliyik".
Qeyd edək ki, "Neftçi" - "Dinamo" oyunu iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə iyulun 30-da baş tutacaq.
“Şamaxı” ilə “Kəpəz” qolsuz heç-heçə etdi “Araz-Naxçıvan”dan darmadağın - 11:2 I Liqada klubunu dəyişdi “Səbail”də çıxış etmiş futbolçu Premyer Liqa klubunda - RƏSMİ Bölgə klubundan yeni transfer - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















