Icma.az
close
up
RU
“Neftçi”nin Vernidubdan gözləntiləri nələrdir?

“Neftçi”nin Vernidubdan gözləntiləri nələrdir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Məlum olduğu kimi, “Neftçi”nin yeni baş məşqçinin adına aydınlıq gəlib.

Paytaxt klubu komandanın başına Yuri Vernidubu gətirib. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.Qeyd edək ki, 59 yaşlı çalışdırıcı Ukraynada “Metallurq”, “Zarya”, “Krivbas”, Belarusda “Şaxtyor Soliqorsk”, Moldovada isə “Şerif” klublarında çalışıb.

Maraqlıdır, Vernidubdan gözləntilər nələrdir? O, “Neftçi”də uğurlu ola biləcəkmi?

Futbol mütəxəssisi Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Yuri Vernidub yaxşı baş məşqçidir:

“Hazırkı komandanı Vernidub qurmadığı üçün ona bir müddət güzəşt edilməlidir. Qış transfer pəncərəsində də yaxşı futbolçuları heyətə cəlb etmək çox çətindir. Lakin mütəxəssisin komandadakı problemli mövqeləri müəyyənləşdirdiyini düşünürəm. Yanvarda bəzi boşluqları doldurmaq və rəqabəti artırmaq lazımdır. 

Ümumilikdə isə Yuri Vernidub Ukraynada kifayət qədər təcrübəli mütəxəssisdir. Bizim daha çox “Şerif”lə Çempionlar Liqasındakı çıxışı və “Real Madrid”i məğlub etməsi yaddaşımızda qalıb. Həmin vaxt Avropada bütün diqqətlər “Şerif”in üzərində idi. Məncə, adaptasiya problemi yaşamayacaq. Yəni ukraynalı zəif və ya aşağı səviyyəli məşqçi deyil”.

Onun sözlərinə görə, Vernidubdan əsas gözləntilər yeni mövsümdə olacaq:

“Onunla müqavilə 1,5 illikdir. Bu isə o deməkdir ki, ondan əsas gözləntilər yeni mövsümdə olacaq. “Neftçi” həmişə yüksək yerlər uğrunda mübarizə aparmağı və avrokuboklarda oynamağı hədəfləyir.

Lakin bu mövsüm Avropaya getmək üçün ölkə kubokunu qazanmaq yolu bağlanıb. Geriyə sadəcə liqanı ilk üçlükdə bitirmək hədəfi qalıb. Artıq iki ildir “Neftçi” nə liqanı ilk üçlükdə başa vurur, nə də avrokuboklarda mübarizə aparır. Ona görə bu uğursuzluğa son vermək lazımdır”.

Ekspert diqqətə çatdırıb ki, Vernidubun oyunu gələcəyə doğru müsbət siqnallar verməlidir:

“Hətta nəticəyə nail olunmasa belə, irəliləyişlər görünməlidir. Bu mövsümün gedişində Vernidub nələrisə dəyişə bilər. Çünki “Neftçi”nin güclü potensialı var. “Flaqman”a sadəcə əlindəki futbolçuları yaxşı oynadan baş məşqçi lazımdır. “Neftçi”nin iddialı olması çempionatımıza da maraq qatır. Ona görə də ümid edirik ki, Vernidub “Neftçi”də uğurlu olacaq”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri