Verstappen yarış zamanı bilərəkdən geri çəkildiyini söyləyib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Formula-1” üzrə dördqat dünya çempionu Maks Verstappen 2026 mövsümündə bəzi hallarda bilərəkdən maksimum risk etmədiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, niderlandlı pilot “Red Bull”un mövsüm ərzində üzləşdiyi problemlərin onun yarışlara yanaşmasına təsir etdiyini deyib. Verstappen bildirib ki, komanda çempionluq uğrunda mübarizə aparmadığı üçün hər mövqeyə əvvəlki kimi “hər şey və ya heç nə” prinsipi ilə yanaşmır.
“Bu il bir neçə dəfə bilərəkdən geri çəkildiyim olub. Yeddinci yer uğrunda mübarizə aparırsansa və nəyinsə səhv getmək ehtimalı varsa, özünü həddən artıq riskə atmağın mənası yoxdur”, - Verstappen “RacingNews”a deyib.
O, mövsüm ərzində demək olar hər həftəsonu hansısa problemlə üzləşdiklərini də vurğulayıb. Verstappen xüsusilə bolidin balanssızlığı, hoppanması və aerodinamik sabitliklə bağlı çətinliklərin tempə təsir etdiyini bildirib.
Niderlandlı sürücü problemlərin hamısının eyni dərəcədə təhlükəli olmadığını da qeyd edib. Onun sözlərinə görə, arxa qanadla bağlı qəfil aerodinamik qüvvə itkisi təhlükəli sayıla bilər, bolidin hoppanması isə daha çox dövrə vaxtının itirilməsinə səbəb olur.
Verstappen buna baxmayaraq, komandadakı heç bir şəxsi ayrıca günahlandırmaq istəmədiyini söyləyib. O, “Red Bull”un böyük komanda olduğunu və hər kəsin əlindən gələni etdiyini, amma bu mövsüm çox şeyin lazımi səviyyədə işləmədiyini etiraf edib.
Qeyd edək ki, İtaliya Qran-prisinin təsnifat mərhələsində Verstappen altıncı nəticəni göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 06 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















