“Vest Hem” 22 yaşlı braziliyalı futbolçunu heyətinə qatıb
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Vest Hem” klubu Portuqaliyanın “Jil Visente” klubundan hücumçu Pablu Felipeni transfer edib.
İdman.Biz xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc edilib.
22 yaşlı braziliyalı futbolçu London təmsilçisi ilə dörd il yarımlıq müqavilə imzalayıb.
Müqavilədə daha bir il uzatma opsiyasının da olduğu bildirilib.
Pablu Felipe İngiltərə klubunda 19 nömrəli forma ilə çıxış edəcək.
Yeni transfer ilk müsahibəsində “Vest Hem”ə gəldiyi üçün çox xoşbəxt olduğunu deyib.
O, meydanda özünü 100 faiz ortaya qoyacağını və bu klubda özünü sübut etmək istədiyini vurğulayıb.
Braziliyalı hücumçu gənc olmasına baxmayaraq, komanda və komanda yoldaşları üçün maksimumunu verməli olduğunu bildiyini qeyd edib.
Cari mövsüm Portuqaliya çempionatında Pablu Felipe 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Baxış sayı:38
Bu xəbər 03 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















