“Valensiya” azarkeşləri “Selta” ilə oyundan sonra komandanın avtobusunun pəncərəsini sındırıblar FOTO
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının 18-ci turunda “Selta Viqo” ilə oyundan sonra “Valensiya” azarkeşləri komandanı hava limanına aparan avtobusun pəncərəsini sındırıblar.
İdman.Biz bildirir ki, matç 4:1 hesabı ilə “Selta”nın xeyrinə qurtarıb.
“Valensiya” Futbol Klubu azarkeşlərin komandanın son nəticələrindən məyusluğunu başa düşür. Lakin klub komandanın hava limanına gəlişi zamanı avtobusun pəncərələrindən birinin sındırılması ilə bağlı baş verən hadisədən dərin təəssüf hissi keçirir. Bu cür zorakılıq oyunçulara və ya məşqçi heyətinin üzvlərinə zərər verə bilərdi. “Valensiya”" Futbol Klubu bütün növ zorakılığı qətiyyətlə pisləyir", - deyə “Valensiya”nın rəsmi sosial media səhifəsində dərc olunmuş bəyanatda bildirilir.
İspaniya liqasında 18 oyundan sonra “Valensiya”nın 16 xalı var və 17-ci yerdədir.
Baxış sayı:110
Bu xəbər 04 Yanvar 2026 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















