Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Vətən igid oğlunu unutmayacaq

Vətən igid oğlunu unutmayacaq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əzizinəm Qarabağ,

Qarabağda qara bax.

Cavanlar şəhid oldu,

Qana döndü Qarabağ.

Şəhidlər Vətən var olduqca, əsrlər boyu bugünkü və gələcək nəsillərin ürəyində, qürurunda, Vətənin hər qarışında, qalib ölkənin adında əbədi yaşayacaqlar.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Vətən, torpaq uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən əsərlərin yazılması, filmlərin çəkilməsi, şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək və onu yeni nəslə konkret faktlarla çatdırmaq üçün bir çox kitabların yazılması bu günümüzdə böyük əhəmiyyət kəsb edən məsələlərin ən vacibidir.

Şəhid mayor Rüfət Mürvət oğlu Əsgərov 1981-ci il dekabrın 1-də Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulmuşdur. 1993-cü ildə bədxah və nankor düşmənin Qubadlını işğal etməsi nəticəsində el-oba doğma yurdlarından didərgin düşəndə Rüfətin 12 yaşı vardı. Əsgərovlar ailəsi Bakıda yaşasa da, Rüfət yay aylarında Aşağı Molluda - baba və nənəsinin yanında olurdu, onların sevimli nəvəsi idi. O, 1988-1996-cı illərdə Xətai rayonunun Ə.Əliyev adına tam orta məktəbində təhsil alıb. Rüfət böyüdükcə Vətənimizin cənnət guşəsi Qarabağın və onun ətrafındakı Vətən torpaqlarının düşmən tərəfindən işğal olunması onun milli ruhda, vətənpərvər böyüməsində böyük rol oynadı. Ona görə də 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alır. Daha sonra hərbi biliklərini möhkəmləndirmək, həyat yolunu peşəkar hərbçi kimi davam etdirmək üçün 1999-2003-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbin sirlərinə yiyələnir.

Ali təhsilini uğurla başa vuran Rüfət leytenant hərbi rütbəsi ilə 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqanda yerləşən, baş leytenant rütbəsi ilə 2009-2012-ci illərdə Ağcabədi rayonundakı “N” saylı hərbi hissələrdə xidmət edib. Daha sonra – 2012-2014-cü illərdə kapitan hərbi rütbəsində Gəncə şəhərində, 2014-cü ildə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissələrdə şərəfli işini davam etdirib. 2014-cü ildə Rüfət Əsgərova nümunəvi xidmətinə görə mayor rütbəsi verilib. Həmin ildən Heydər Əliyev adına Hərbi Məktəbdə “Kəşfiyyat” kafedrasının baş müəllimi kimi gənc hərbçilərə hərbin sirlərini öyrətməyə başlayıb.

Rüfətin döyüş yolu Xüsusi Təyinatlı Qüvvələrdən keçib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, bir gün ərzində döyüş dostları ilə birgə üç strateji postu Azərbaycan Ordusunun nəzarəti altına alınmasında xüsusi igidlik göstərib.

Hər qələbə düşmənə dərs,

Hər qələbə salacaq səs.

Qoyma, düşmən alsın nəfəs,

Yor, qoluna qurban olum!

Vur əsgərim!

Vur, qoluna qurban olum!

Babasının qəbri Qubadlıda olduğundan Qubadlının işğaldan azad olunmasını valideynlərnə birinci xəbər verməyi arzulayırdı. Hətta atasına Qubadlıda kabab qonaqlığı verəcəyinə söz vermişdi.

Rüfət Əsgərov nankor və tamahkar düşmənin kabusuna çevrilən Vətən qəhrəmanlarındandır. Atası Mürvət müəllim mənimlə söhbətində vurğulayır ki, oğlu hələ uşaq yaşlarından vətənpərvər idi. Həm də ətrafındakı uşaqlar da onun kimi böyüyürdü. Müəllim olanda da öz xarakterinə uyğun hərbçilər yetişdirirdi.

Atası ilə görüşəndə dediklərindən:

“Rüfət kəşfiyyatçı olduğuna görə hər işi yüz ölçüb bir biçərdi, çox ciddiydi. Düşmənlə üzbəüz, həyatı təhlükədə olanda belə soyuqqanlığını, hərbçi təmkinini itirməzdi. Təmas xəttində olmuşdu, müxtəlif tapşırıqlar yerinə yetirmişdi, işlədiyi kollektivdə həmişə aparıcı rol oynayırdı, ancaq bizə danışmazdı. Müharibə vaxtında telefon danışığımız 8-10 saniyə çəkərdi. Dosyesində “kəşfiyyat və əks-kəşiyyat rəisi” yazılmışdı. Özünün igidliyini vəzifə borcu bilərdi. Bu, məni və onu yaxından tanıyanları, döyüş dostlarını qürurlandırırdı. 2014-cü ilin avqustunda Tovuzda gedən döyüşlərdə 3-4 gün ona zəng çatmadı. Qızğın döyüşlər vaxtı ön cəbhədəki döyüşçülərə yemək aparırdı. Oğlum bütün hərbçilərə örnək olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla, eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da”.

Qardaşı Nicat deyir ki, qardaşımın Vətən sevgisi danışmaqla bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını da ona əmanət edib.

Ömür-gün yoldaşı Arzu Əsgərovanın dediyinə görə, Rüfət Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisini daim övladlarına aşılayırdı.

Şəhidin Vətənə əmanət iki övladı böyüyür. Xansuvar və Zəhra. Oğlu deyir ki, atam müharibənin başlamasını səbirsizliklə gözləyirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, uzaqgörən siyasətçi, qətiyyətli və cəsarətli rəhbər, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti müzəffər cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və cəsarəti, rəşadətli ordumuzun igidliyi, iqtidar-xalq birliyinin möhkəmliyi nəticəsində həyata keçirilən uğurlu hərbi əməliyyatlar zamanı 44 gün ərzində Vətən torpaqları işğaldan azad edildi.

Qorudu yurdunu, səltənətini,

Göstərdi yağıya güc-qüdrətini.

Qazandı xalqının məhəbbətini,

Ali Baş Komandan, qalib ordumuz.

Vətənimizin ərazi bütövlüyü təmin edildi, müstəqilliyimizə təhlükə və təhdidlərin qarşısı qətiyyətlə birdəfəlik alındı. Azərbaycan xalqı tarixinin qızıl səhifəsini yazdı. Bu unudulmaz və əbədi Zəfərin əldə olunmasında payı olan Vətən oğullarından biri də mayor Rüfət Əsgərovdu.

Zəngin və şərəfli döyüş yolu keçmiş Rüfət Əsgərov 2020-ci ilin oktyabrın 14-də torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Ağdərə şəhəri istiqamətində, Tərtər rayonunun Ballıca kəndi ərazisində, qəhrəmanlıqla vuruşaraq, döyüş tapşırığını yerinə yetirərkən xain düşmən gülləsinbə tuş gəlib, şəhidlik kimi ali məqama yüksəlib. Bakıda, İkinci Fəxri xiyabanda dəfn olunub.

Sevdin torpağının hər qarışını,

Öyrəndin onunla bir can olmağı.

Vətənçün qaldırdın Haqq savaşını,

Bacardın bu yolda qurban olmağı.

Qeyrətə səslədi səni ürəyin,

Onsuz da bu istək könlündəydi ki.

Bir Haqqa bağlıydı arzun, diləyin,

Qarabağ yolunda ölüm nəydi ki?!.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid mayor Rüfət Əsgərov ordudakı misilsiz xidmətlərinə görə həmçinin III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, II dərəcəli “Qüsursuz xidmətə görə” medalı, I dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı və “Rəşadət” ordeni ilə də təltif edilib.

2020-ci il noyabrın 8-də qazanılan möhtəşəm Qələbədən – Zəfərdən sonra şəhid Rüfət Əsgərovun ailə üzvləri şəhidin doğulduğu Qubadlı rayonunun Aşağı Mollu kəndinə səfər edib. Kövrək və qürurlu hisslərin qanadında doğma yerlərə səfər hamının qəlbində bir nisgil yaratmışdı. Ona görə ki, bu səfərdə Rüfət iştirak etmirdi, ancaq onun ölməz ruhu ailə üzvləri ilə birgə doğma torpaqlardaydı.

Rüfətin həyat yoldaşı Arzu Əsgərova:

“Sözün düzü, ürəkdən sevinə bilmirəm burda. Kaş, özü ilə gələrdim. Axı mənə söz vermişdi. O, ilk dəfədir sözünü tutmur. Çünki onun ən böyük arzusu bizimlə birlikdə doğulub göz açdığı Aşağı Molluya gəlməyi idi.

Rüfətlə müharibə başlayandan oktyabrın 12-nə qədər mütəmadi olaraq əlaqə saxlaya bilirdim. Danışmasaq da, ən azından məktublaşırdıq. Ayın 13-ü Rüfətə zəng çatmadı. Çox narahat qaldım. Başa düşürdüm ki, cəbhə zonasında rabitə olmaya bilər. O, eyni zamanda əks-kəşfiyyatçı idi. Lakin ayın 14-ü şəhid olması xəbərini aldım. Mən hələ də onun yoxluğuna inanmıram”.

Şəhidin oğlu Xansuvar deyir ki, o, bu həyatda təkcə atasını yox, həm də ən yaxın dostunu, sirdaşını itirib:

“Atamla həmişə fəxr etmişəm. Cəbhədə başqa, ailədə tam başqa idi, bizimlə nəfəs alırdı. Hərbçi övladı olmaq özü böyük məsuliyyətdir. O, bizə Qubadlıdan çox danışıb. Həmişə deyirdi ki, sənə uşaqlıq illərimizin keçdiyi yerləri göstərəcəyəm. Həkəridə balıq tutmağı arzulayırdı. Mənimlə yaxın dostu kimi davranardı. Ata-oğul münasibətindən başqa dost münasibətimiz vardı. Bizimlə vaxt keçirməyi xoşlayardı. Axırıncı görüşümüzdə məndən halallıq istədi, ailəni sənə əmanət edirəm, dedi. Yaman pis oldum, ürəyimə nəsə damdı. Şəhid övladı olmaq çox qürurludur”.

Qızı Zəhra atası başda olmaqla, bütün şəhidlərlə qürur duyduğunu söyləyir:

“Atam heç vaxt mənim xətrimə dəyməyib. Və imkan da verməzdi ki, qanıqara oturum. Üzümün daim gülməsi üçün əlindən gələni edirdi. O döyüşə gedəndə nə qardaşımın, nə də mənim xəbərim olub. Biz həmin vaxt yatmışdıq. Atamın şəhid olduğunu anamdan eşitdim. Mən özümü toparladım, ağlamadım. Çünki istəmirdim ki, heç kim mayor Rüfət Əsgərovun qızını zəif görsün. Yalnız dəfn mərasimindən sonra hər gecə hamıdan gizlin için-için ağlayırdım. Mərhəmətli, qayğıkeş ata idi”.

Şair Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan Günəş” kitabı şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunub.

Rüfət həm də Azərbaycanın  kyokuşin karate ilə məşğul olan tanınmış idmançısı idi.

Atası Mürvət müəllimin dediklərindən:

“Qaraheybətdə - Bakı Ali Məktəbinin Təlim və Tədris Mərkəzində oğlum kursantlarına məcburi güllə atıcılığı öyrədirdi. Niyə belə etdiyini soruşanda deyirdi ki, kursantlarım gərək heç vaxt çətinə düşməsin. Rüfəti tanıyanların dediyinə görə, o, həmişə əsgərlərdən qabaqda, özü də dik gedirdi. Liderlik xüsusiyyəti vardı. Düşmənin arxasına keçib 3 postu alır, üçüncü postdan məruzə edəndə vurulur. Meyiti üç gün orada qalır. Onun meyitini döyüş dostları tapşırıqla yox, özləri öz təşəbbüsü ilə döyüş meydanından götürdülər. O, hörmət və nüfuz qazanmışdı.

Biz 39 yaşında o gözəllikdə, mərd oğlumuzu itirdik. Amma dünya hərb tarixinə düşən şanlı qələbə,  düşməni kapitulyasiyaya məcbur edən bəyannamə imzaladıq, Zəfər xalqımıza, iqtidara, ordumuza güvən, qürur gətirdi”.

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Qəhrəmanlar canını fəda edir ki, Vətən, xalq yaşasın, torpaq düşmən tapdağında olmasın. Torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda Vətən olur. Xalqımızın ilahi təfəkkürünə görə, Vətən ürəkdən başlayır, şəhidliklə bitir. Şəhid xalqın güvən yeri, qürur mənbəyidir, şəhidlik tarixin qızıl səhifəsidir. Ona görə də şəhidlər ölmür, nə qədər Vətən, xalq yaşayır, o da var olacaq.

Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Rüfətin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsini qədirbilən xalqımız  unutmayacaq.

Şanlı Zəfər sevincindən sonra “Şəhidlər ölməz, Vətən bölünməz!” şuarı dilimizdən düşmür. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına xalqımız 30 illik həsrətə, nisgilə son qoydu. Əminik ki, müstəqilliyimiz əbədi olacaq, şanlı üçrəngli bayrağımız həmişə yüsək yerlərdə dalğalanacaq. İndi şəhidlərin ruhları sevinir, uca məqamdan Vətənin hər qarışını azad və firavan görürlər, onların uğrunda canını fəda etdiyi amallar artıq gerçəyə çevrilib.

Güllü Eldar Tomarlı

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see434

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see151

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see143

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see142

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see134

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see122

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri