Icma.az
close
up
RU
Vətən sizi unutmayacaq!

Vətən sizi unutmayacaq!

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Qarabağ müharibəsində minlərlə canını fəda edən oğullarımız oldu. Bu gün onların hər birinin qəhrəmanlığı bir kitaba belə sığmaz. Onların silaha sarılaraq düşmənə aman verməməyi, fədakarlığı, cəsurluğu Vətənə olan məhəbbətin nişanəsi idi. Vətənə sipər olan bu oğulların hər birinin qarşısında baş əyirik! 

Bu gün Azərbaycan qeyrətli, torpaq sevdalı şəhid oğulları ilə fəxr edir. Vətənə xidmət edən cəsur oğulların qəhrəmanlığını unutmağa isə haqqımız çatmır. Çünki onların şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdir.

Fevralın 27-də Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 226 nömrəli tam orta məktəbdə tarix müəllimi Təranə Cəbiyevanın təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun qardaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şuşa rayon şöbəsinin sədri Hafiz Qəmbərov və təsərrüfat işləri üzrə direktor müavini, Vətən müharibəsi qazisi, "Cəbrayılın azad olunmasına görə”, "Zəngilanın  azad olunmasına görə”, "Qubadlının  azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medallarıyla təltif olunan və Vətən müharibəsində qələbə münasibətilə təsis edilən, ali hərbi orden olan "Qarabağ” ordenli Ceyhun Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağayeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fəridə Məmmədova və şagirdlər iştirak etdi.  

Əvvəlcə Azərbaycan Dövlət Himni oxundu. Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Arzu Məmmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun Böyük Zəfər  Qələbəsindən danışdı. O, Qarabağ müharibəsində igid döyüşçülərimizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verərək, eləcə də Azərbaycanın 30 il həsrətində qaldığı tarixi ərazilərinin - Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Suqovuşan və Şuşanın erməni işğalından azad olunduğunu diqqətə çatdırdı. Hafiz Qəmbərov Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun keçdiyi şərəfli ömür yolunu şagirdlərə xatırlatdı. Vətənin ağır günündə Şuşanı mənfur ermənilərdən qorumaq üçün Ramiz Qəmbərovun böyük fədakarlıq göstərərək Şuşa özünümüdafiə batalyonunun yaradılmasını isə hərb tariximizin bir səhifəsi olduğunu söylədi.  O, bildirdi ki, 1992-ci il aprelin 29-da Kosalar və Kərkicahan kəndləri yaxınlığında Ramiz Qəmbərovun taboru xain erməniləri məhv edib. Təəssüf ki, həmin döyüşdə yaralanan Ramiz Qəmbərovu həyata qaytarmaq mümkün olmayıb. Şəhadətə ucalan Ramiz Qəmbərov 1992-ci il mayın 1-də Şuşa şəhərində böyük izdihamla dəfn olunub. 1992-ci il iyunun 7-də Ramiz Qəmbərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tarix müəllimi Təranə Cəbiyeva çıxışında cəsur döyüşçü Ramiz Qəmbərovla bərabər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovun, Əliyar Əliyevin, Vəzir Orucovun Xocalı faciəsindən sonra düşməni böyük sayda məhv etdiklərini, kəndlərimizin erməni işğalından azad olunmasında onların böyük qəhrəmanlıqlar göstərdiklərini qeyd etdi. Sonra şagirdlər monitorda tarix müəlliminin hazırladığı  "Şuşa əməliyyatı” adlı  video-çarxı izlədilər. 

Məlumdur ki, Vətən müharibəsində Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçərək, şəhərə ancaq qayalıqlara dırmaşaraq qalxmağı bacardı. Həmin igid və cəsur oğullardan biri Vətən müharibəsi qazisi, "Qarabağ” ordenli Ceyhun Məmmədov olub. O, şagirdlərə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun sıralarında Şuşa döyüşlərində iştirak etdiyi üçün qürur hissi keçirdiyini söylədi. Tədbirin yekununda şagirdlərin verdiyi sualları Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov ətraflı cavablandırdı.
Daha sonra məktəbin direktoru Arzu Məmmədova Milli Qəhrəmanın qardaşı  Hafiz Qəmbərova, "Qarabağ” ordenli Ceyhun Məmmədova və tədbirin təşkilatçısı Təranə Cəbiyevaya təşəkkür etdi.

Arzu Məmmədova Hafiz Qəmbərova və Ceyhun Məmmədova T.Cəbiyevanın "Sonuncu səngər” kitabını,  "Vətənin keşiyində” audio diskini təqdim etdi. Sonda tədbir iştitrakçıları xatirə şəkli çəkdirdi. 

Təranə Cəbiyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri