Icma.az
close
up
RU
Vətən yolunda şəhid olan igid Əli FOTO

Vətən yolunda şəhid olan igid Əli FOTO

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəfər şəhidi Əli Mehdizadənin 25 yaşı tamam olur
Şanlı hərb tariximizin qeyrət, qürur səhifəsi olan 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan qələbəmizdə Lənkəran elindən olan Əli Məcid oğlu Mehdizadə xüsusi şücaət göstərib. 30 il düşmən tapdağında qalan Vətən torpaqların azadlığı uğrunda müharibə meydanında son damla qanına qədər vuruşub şəhid olub. Arzusu, amalı bayrağa dönüb əzəli, əbədi yurd yerimiz Qarabağda ucalır. Beləcə, böyük bir xalqın qəhrəmanlıq simvoluna dönən Əli 19 yaşına yenicən qədəm qoymuşdu. Bu az yaşda bizim üçün zaman-zaman dəyərini itirməyən böyük mənəvi sərvət qoyur. Ən əsası Vətəni necə sevməyi, halal torpağını qorumağı öyrətdi bizlərə.
Əli Mehdizadə orta məktəbi bitirib ordu sıralarına yola düşəndə el-oba qarşısında yağı düşməndə qisas alacağına and içir. Və dediyini edir də.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə layiqli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Təlimlərə həvəslə qoşulur, üzləşdiyi sınaqlardan uğurla keçir. Hərbin sirlərinə mükəmməl yiyələnə-yiyələnə dığalara döyüşü meydanında gücünü göstərməyə hazırlaşır. Vacib məqamlarda cəsurluğu, igidliyi, mərdliyi tam bilinir. Bütün bunlara görə qəlbi Vətən eşqli əsgər Əli Mehdizadə xidmət etdiyi hissədə sözün həqiqi mənasında hamının sevimlisinə çevrilir.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günündən Əli silahlanıb odun-alovun içinə atılır. Murovdağ, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa savaşında düşmənə qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. Ağır müharibə meydanlardan qələbələrlə çıxır. Azərbaycanın üçrəngli bayrağı azad olunmuş Vətən torpaqlarında dalğalananda ürəyi dağa dönür. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası alır, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşən cəbhəyə qayıdır. İgid əsgər Əli 1 noyabr 2020-ci ildə axşam saatlarında Şuşanın Daşaltı kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq hər kəsə qismət olmayan ali mərtəbəyə yüksəlir. Bu şərflə də milyonların ürəyində özünə əbədi məkan qurur.
Xalqın iftixar mənbəyi, qürur yerinə dönən Əli Mehdizadə həm də ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Cəsur döyüşçü” Şuşanın, Xocavəndin, Kəlbəcərin azadlığı uğrunda medallarına layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri