Icma.az
close
up
RU
Vətən mənəviyyatdır: Onu maddiyyata dəyişənlərin ifşası

Vətən mənəviyyatdır: Onu maddiyyata dəyişənlərin ifşası

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Xaricdə sığınacaq taparaq Azərbaycan dövlətinin konstitusiya quruluşunu hədəf alan, milli həmrəyliyi sarsıtmağa yönələn fəaliyyətlərlə məşğul olan şəxslərin addımları cəmiyyətdə ciddi pislənilir və hüquq-mühafizə orqanları tərəfindən yaxından təqib edilir. Qanunvericilik hər bir vətəndaşın üzərinə öz ölkəsinin suverenliyinə, müstəqilliyinə və dövlət rəmzlərinə hörmətlə yanaşmaq öhdəliyi qoyur. Dövlət əleyhinə açıq çağırışlar, kütləvi iğtişaşların təbliği və sistemli şəkildə aparılan təhqir kampaniyaları sadəcə fərdi fikirlərin ifadəsi deyil, birbaşa qanunun aliliyinə qarşı qəsd kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi dövlət təhlükəsizliyinə təhdid yaradan bu növ əməllərə görə çox sərt cəza tədbirləri nəzərdə tutur. Hüquqi müstəvidə idarə olunan proseslər çərçivəsində Tural Sadıqlı, Qurban Məmmədov, Qabil Məmmədov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Murad Quliyev kimi şəxslərin fəaliyyətləri ətraflı araşdırılmış, barələrində qiyabi həbs qərarları çıxarılmışdır.Məhkəmə instansiyaları tərəfindən terrorçuluğa və zorakı iğtişaşlara çağırış maddələri ilə uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərinin verilməsi hüququn qaçılmazlığını nümayiş etdirir. Beynəlxalq hüquqi əməkdaşlıq mexanizmləri və İnterpol xətti ilə elan edilən axtarışlar cinayət törətmiş şəxslərin harada gizlənməsindən asılı olmayaraq ədalət mühakiməsi qarşısına çıxarılması məqsədinə xidmət edir. Şəxsi maraqlar və ya müəyyən xarici dairələrin təsiri altında öz ölkəsinin milli maraqlarını zərbə altına qoyanların hərəkətləri xalqın mənəvi dəyərləri tərəfindən də qətiyyətlə rədd olunur. Bu cür davranışlar, Vətənin çörəyi və suyu ilə böyüyənlərin öz çirkin maraqları naminə doğma yurdunu öz xülyalarında 5-10 manata satmaq cəhdi kimi dəyərləndirilir. Lakin unudulmamalıdır ki, bizim müqəddəs Vətənimiz heç bir maddi ölçü ilə satılmaz, onun ərazisi və suverenliyi pozulmaz, toxunulmaz bir bütöv və müqəddəs bir varlıqdır! İnformasiya məkanında milli maraqların qorunması və dezinformasiyalara qarşı barışmaz mövqe nümayiş etdirilməsi hər bir fərdin mənəvi məsuliyyətidir. Güclü dövlətçilik ənənələrinə və sarsılmaz daxili sabitliyə malik olan Azərbaycan cəmiyyəti, kənardan yönələn bu kimi təxribat xarakterli çağırışlara qarşı hər zaman yüksək ayıqlıq və monolit birlik nümayiş etdirir. Nəticə etibarilə, hüquqi dövlətin təməl prinsiplərini zədələməyə, cəmiyyətdə nifaq toxumu səpməyə yönəlmiş hər bir qanunsuz cəhd gec-tez qanunun kəsərli gücü ilə öz layiqli və sarsıdıcı cavabını alır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 İyul 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri