Vətən müharibəsi iştirakçısı: “Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik".
Bunu Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.
"Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu", - deyə o əlavə edib.
Nizami Əliyev həmçinin "Əfsanəvi tabor"un qəhrəmanlığından bəhs edib: "Əfsanəvi tabor" ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir".
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 08 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















