Vətən müharibəsi zamanı zərər çəkmiş şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Şamama Quliyeva ifadəsində Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını deyib.
Sherg.az xəbər verir ki, o, hadisə zamanı evinə də zərər dəydiyini bildirib.
Şamama Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Müharibəni mülki şəxslərlə qarşı apararlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 5-də davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 İyun 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















