Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Vətən müharibəsində dünya Azərbaycan Ordusunun şahidi olub Deputat yazır

Vətən müharibəsində dünya Azərbaycan Ordusunun şahidi olub Deputat yazır

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

27 sentyabr – Anım Günü xalqımızın tarixində dərin izlər buraxmış və qəhrəmanlıq salnaməsində xüsusi yer tutan şanlı səhifələrdən biridir. Həmin gün şəhidlərimizin müqəddəs xatirəsi anılır, xalqımızın qəhrəmanlıq salnaməsi yad edilir və gələcək nəsillərə Vətən sevgisi, azadlıq idealları və milli birlik örnəyi ötürülür. Anım Günü həm də vətənpərvərlik dəyərlərinin yaşadılması və tarixi yaddaşın qorunmasında xüsusi əhəmiyyət kəsb edir. Hər bir şəhidimizin qəhrəmanlığı və fədakarlığı isə xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayır.

Azərbaycanın tarixi torpaqlarına qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasət və uzun illər davam edən təxribatlar müharibəni qaçılmaz etmişdir. Qarabağa ermənilərin çar Rusiyası dövründə köçürülməsi ilə başlayan düşmənçilik siyasəti, 200 ildən çox davam edən torpaq iddiaları və azərbaycanlıların sıxışdırılması, həmçinin yüz minlərlə insanın didərgin düşməsi işğalın sistemli xarakterini nümayiş etdirmişdir. Bu illər ərzində xalqımızın tarixi torpaqlarına, milli-mədəni irsinə qarşı məqsədyönlü təzyiqlər həyata keçirilmişdir.

1905-1907-ci illər və 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin törətdiyi qırğınlar on minlərlə dinc azərbaycanlının həyatına son qoymuş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmişdir. 1948-1956-cı illərdə Ermənistandan 150 minə yaxın, 1987-ci ildən başlayaraq isə 300 minə yaxın azərbaycanlı deportasiya olunmuşdur. Bu deportasiyalar yalnız insan itkisi ilə nəticələnməmiş, həm də kəndlərin və şəhərlərin boşalmasına gətirib çıxarmışdır. Ermənistanın monoetnik dövlət yaratmaq məqsədi ilə həyata keçirdiyi bu siyasət Azərbaycan xalqının tarixi torpaqlarının hüquqi və mədəni statusunu pozmağa yönəlmişdir. 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamı həmin siyasətin davamı olmuş, erməni silahlı qüvvələrinin qəddarlığını və insanlığa qarşı cinayətlərini ortaya qoymuşdur.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-i işğal edilmiş, dinc əhali amansızcasına qətlə yetirilmiş və yüzlərlə kənd yerlə-yeksan edilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını ortaya qoymuşdur. Bu təcavüzlər həm də tarixi-mədəni irsin məhv edilməsi, insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur.

Qarabağ problemi ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 27 il ərzində icra edilməmiş, beynəlxalq ictimaiyyət yalnız bəyanatlar verməklə kifayətlənmişdir. 30 il ərzində Ermənistan ordusu ərazilərimizdə təxribatlar törətmiş, təmas xəttində yaşayan dinc əhaliyə atəş açmışdır. Azərbaycan xalqı 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələrində bir daha göstərdi ki, işğalla heç zaman barışmayacaq, hərbi güc və milli iradə ilə hər bir təxribatın qarşısını ala bilər.

2020-ci il sentyabrın 27-də Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutdu. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirdi. Şanlı ordumuzun uğurlu həmlələri nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu qələbələr yalnız hərbi uğur deyil, həm də milli qürurun, tarixi ədalətin və mədəni irsin bərpasının təzahürü oldu. Hər bir azad edilmiş şəhər və kənd Azərbaycan xalqının azadlıq arzularının gerçəkləşdiyinin göstəricisidir. 44 günlük Vətən müharibəsi siyasi müstəvidə də mühüm nəticələr verdi, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla atəşkəs təmin olundu, Ağdam, Kəlbəcər və Laçın rayonları isə razılaşmaya əsasən qaytarıldı. Bu hadisələr Azərbaycanın həm diplomatik, həm də hərbi sahədə strateji üstünlüyünün bariz nümunəsinə çevrildi.

İkinci Qarabağ müharibəsi xalqımızın sarsılmaz iradəsi və milli birliyinin təntənəsi oldu. 2908 hərbçimiz şəhid olmuş, mindən çox əsgər yaralanmışdır. “Öldü var, döndü yoxdur” şüarı xalqımızın milli ruhunu ifadə etmişdir. Bu faktor xalqın və ordunun bir yumruq kimi birləşdiyi və heç bir qüvvənin haqq yolundan döndərə bilməyəcəyi mesajını vermişdir. Azərbaycan Ordusu Vətən uğrunda gedən savaşda böyük qəhrəmanlıq nümayiş etdirmişdir. Prezident İlham Əliyev qeyd etmişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Şəhid ailələri və qazilərin rifahı daim diqqət mərkəzindədir, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən qayğı, sosial paketlər, mənzil təminatı və təhsil imkanları milli həmrəylik və dövlət siyasətinin praktiki ifadəsidir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Bakıda inşa olunan 10 hektarlıq Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi şəhidlərin xatirəsini əbədiləşdirir. Əsas məqsəd xalqın qəhrəmanlıq tarixini gələcək nəsillərə ötürmək, milli yaddaşı qorumaq və cəmiyyətin hər üzvündə vətənpərvərlik hissini gücləndirməkdir.

27 sentyabr - Anım Günü xalqımızın tarix boyunca göstərdiyi qəhrəmanlıq, mübarizlik və əzmkarlıq ön plana çıxır. Bununla əlaqədar keçirilən tədbirlər milli yaddaşı qorumaqla yanaşı, cəmiyyətin mənəvi birliyini də gücləndirir. Xalqın, dövlətin və cəmiyyətin birgə fəaliyyəti milli həmrəyliyin, qəhrəmanlığın və azadlıq ideallarının əbədiləşdirilməsinin bariz nümunəsidir.

Asif Əsgərov

Milli Məclisin deputatı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri