Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə nadir sənədlərin sərgisi keçiriləcək
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə Ural tarixçiləri tərəfindən toplanmış arxiv sənədlərinin Bakıda sərgisi keçiriləcək.
“Report” Sverdlovsk vilayəti hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ bu gün vilayət qubernatoru Yevgeni Kuyvaşevin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə müzakirə olunub.
"Ural tarixçiləri və arxivçiləri Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycan SSR-in töhfəsi haqqında nadir sənədlərin sərgisini hazırlayıblar. Bu sərgi Qələbənin 80 illiyinə həsr olunmuş "Rusiya və Azərbaycan xalqlarının tarixi yaddaşı" layihəsinin bir hissəsidir. Sərgini Azərbaycan tərəfinin Bakıda tövsiyə edəcəyi məkanlardan birində təşkil etməyi planlaşdırırıq", - Y.Kuyvaşevin sözləri sitat gətirilib.
R.Mustafayev tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edərək Y.Kuyvaşevin təklifini dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 24 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















