Icma.az
close
up
RU
Vətən müharibəsində tarix yazanlar şəhid Orxan Cəfərli

Vətən müharibəsində tarix yazanlar şəhid Orxan Cəfərli

Icma.az bildirir, Azertag portalına istinadən.

Daşkəsən, 1 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğulların hünəri nəticəsində 44 günlük haqq savaşı böyük Zəfərlə başa çatdı. Vətən müharibəsi zamanı döyüş meydanında əsl fədakarlıq göstərən, müqəddəs amal uğrunda qəhrəmancasına şəhid olan oğullarımız tarix yazdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri də şəhid gizir Orxan Cəfərlidir.

Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. Təhsil aldığı Daşkəsən şəhərindəki Anar Mürsəlov adına tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Orada fərqlənməyə görə çavuş rütbəsi alıb. 2015-ci ildə hərbi xidməti başa vurub.

Şəhidin atası Etibar Cəfərov deyir ki, Orxan uşaq yaşlarından Vətənə sevgi ilə böyüyüb. Onun hərb sahəsinə də xüsusi marağı olub. “Orxan çox mərd, cəsarətli, qürurlu oğul idi. Qardaşı, əmisinin övladları hərbçidirlər. Əsgərliyi bitirdikdən sonra dedi ki, mən də hərbçi olmaq istəyirəm. 2016-cı ildə müddətdən artıq hərbi xidmətə yollandı, manqa komandiri vəzifəsində çalışdı. 2020-ci ildə gizir kursunu bitirib, gizir rütbəsi aldı. Postlarda olurdu, telefonla əlaqə saxlayırdıq. Düşmənlə üzbəüz postlarda durub, torpaqlarımızı qoruyurdular. Halından razı idi”, - deyən Etibar Cəfərov bildirir ki, Vətən müharibəsində Orxan Cəfərli də Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimizdən biri olaraq, “bu yolda öldü var, döndü yox” deyərək, haqq savaşına qoşulub.

“Senytabrın 26-da danışdıq. Dedi, ata, narahat olma, hər şey yaxşı olar. Bir də dedi ki, “görəsən, o şəhid tabutunun biri mənə qismət olarmı?” Orxanla sonuncu danışığımız bu oldu. Qardaşım oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Gecə saat 1-də ona zəng vurub, gülə-gülə deyib ki, “əmi narahat olma, indi siz döyüşdüyünüz yerlərdəyik. Düşmənin nəfəsini kəsmişik. Bu bizim sonuncu şansımızdır...”, - şəhid atası bildirir.

Orxan Cəfərli böyük igidlik və şücaət göstərdiyi döyüşlər zamanı Murovdağ istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Nəşi 73 gün sonra tapılan şəhid 2020-ci il dekabrın 9-da Daşkəsənin Şəhidlər xiyabanında dəfn edilib.

“Döyüşdə sağ çiynindən güllə yarası alsa da, yaralı döyüş yoldaşlarını atışma yerindən uzaqlaşdırıb. Döyüş yoldaşı ona “Sən də yaralısan, gəl çıxaq” deyəndə, “Qardaşlarımızı qoyub gedə bilmərəm. Şəhidimiz, yaralımız var. Sən get, lazımsa bizə kömək göndərərlər”, - deyə cavab verib. Axıradək qalıb, döyüşüb, yoldaşları ilə birgə şəhid olub”, - deyən Etibar Cəfərli qəhərlənir...

Şəhidin anası Zəriş Cəfərova vurğulayır ki, Orxan hələ yeniyetmə olanda dəfələrlə qardaşları, həmçinin Vətən müharibəsi zamanı şəhid olmuş əmisi oğlu, kapitan Həmid Cəfərli ilə söhbətlərində işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşmək istəyini dilə gətirib. Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmək onun ən böyük arzusu olub. Zəriş Cəfərova övladının Vətən uğrunda şəhid olması ilə qürur duyduğunu deyir. “Polad Həşimov şəhid oldu, uşaqlara çox təsir etmişdi. Müharibə başladı, döyüşə getdilər. Yaxşı döyüşüblər Orxangil. Özü yaralı olsa da yoldaşlarına kömək edib. Orxanın zəngini gözləyirdim. Dedilər şəhid olub, inanmadım, dedim oğlum şəhid ola bilməz, harada olsa gələcək. Orxanın necə döyüşdüyündən danışırlar. Övladımın qəhrəmanlığını ilə fəxr edirəm. O, düşmənlərə qan uddurub”, - deyə şəhid anası bildirib.

Gizir Orxan Cəfərli Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Daşkəsən şəhərində küçələrdən birinə şəhid Orxan Cəfərlinin adı verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri