Icma.az
close
up
RU
Tarix yazan Vətən oğlu FOTO

Tarix yazan Vətən oğlu FOTO

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

19 yaşında şəhidlik zirvəsinə ucalan Qüdrət Məmmədzadənin anadan olmasının 25 illiyidir

İkinci Qarabağ müharibəsində doğma Azərbaycanımızın bütövlüyünü canından əziz bilən Vətən sevdalılardan bir də Qüdrət Tofiq oğlu Məmmədzadədir. 19 yaşında şəhidlik zirvəsinə ucalan, adını tarixə yazan ölməz qəhrəmanımız Lənkəran rayonunun Sütəmurdov kəndində boya-başa çatmışdı. O, orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda yağı düşmənin əsir etdiyi Vətən torpaqların azadlığı onun birinci arzusuna dönür. Odur ki, 1oktyabr 2019-cu ildə ordu sıralarına yola düşəndə başına yığışan qohum-qonşuya deyir: Artıq dığaların sonu çatıb, Vətən qeyrətli oğullarnı qisasa çağırır. Mən döyüş meydanında yurduma dadanmış düşməni öldürməyə gedirəm. Həm də ışğal altında olan əzəli yurd yerimiz- Qarabağımız azad olmamış silahımı yerə qoymaram.”

Qüdrət Məmmədzadənin əsgərlik həyat Qarabağın qaynar bölgəsində başlanır. Bütün varlığı ilə bağlandığı, müqəddəsliyinə tapındığı Vətənə ləyaqətlə xidmət edir, təlim məşqlərdə fərqlənir və düşməndən tam alacağı öcün gəlişini böyük inamla gözləyir. Yeri düşəndə bu yolda şəhid olmağı şərəf sayır.

Nəhayət, Qüdrət 2020-ci il sentyabrın 27-də istəyinə çatır. Əlinə silah alıb erməni dığalarına qarşı müharibəyə girir. İştirak etdiyi gərgin döyüşlərdə cəsurluq, igidlik, mərdlik göstərməklə düşməni çoxsaylı itkilərə məruz qoyur. Beli qırılan dığalardan Vətən torpaqları təmizləndikcə Qüdrət odun-alovun içinə daha ürəklə atılır. Həm də mübarizə meydanında qəhrəmanlığı onunla çiyin-çiyinə vuruşduğu silahdaşlarının qələbə əzminə yeni ruh verir.

Döyüşdən-döyüşə bərkiyən igid əsgərin oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində gedən şiddətli döyüşdə cəhənnəmə vasil etdiyi dığaların sayı bilinmir. O, yaşının çərçivəsinə sığmayan bir qəhrəmanlıqla sözün əsl mənasında, tarix yazır. Təəssüf ki, özü də qəfil atılan yağı gülləsinə tuş gəlir. Vətənlə bir döyünən qəlbi dayanır, əbədiyyətə qovuşur.

Beləcə, hər bir azərbaycanlının ürəyində özünə taxt-tac quran, qeyrət zirvəsində dayanan Qüdrət Məmmədzadə həm də ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülür.

Qüdrət Məmmədzadə bu dünyadan vaxtsız getsə də, onun Vətəni necə sevməyi, halal torpağı uğrunda necə can verməyi tarixə yazılaraq gələn nəsillərə yadigar qaldı. Lənkəran camaatı həmişə öz qəhrəman oğlunun adını iftixarla çəkir. Adını daşıdığı küçədə xatirəsinə bulaq kompleksi ucaldılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri