Vətən müharibəsində yaralı general həkimə nə deyib? Döyüş xatirələri
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
"Bir generalın ön cəbhədə yaralandığını gördüm. Yardım göstərmək üçün ona yaxınlaşanda, məndən xahiş etdi ki, yarasının ağırlığı barədə heç kimə məlumat verməyim. Sadəcə yardım göstərim və yanında olum. Həmin an əmin oldum ki, biz artıq qalibik".
Moderator.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı olan həkim Tural Rzazadə deyib.
Onun sözlərinə görə, döyüş bölgəsində ən çox təsirləndiyi məqamlardan biri ağır yaralanan əsgərlərin də ağrılarını büruzə verməməsi olub. Həkim bildirib ki, hərbçilər döyüş yoldaşlarından geri qalmamaq və yenidən cəbhəyə qayıtmaq üçün can atırdılar.
"Şərəfli bir yol keçdik. Həqiqətən də filmlərdə gördüyümüz qəhrəmanlarla həyatda rastlaşdıq. Biz də tibb işçiləri olaraq onlara kömək etməyə çalışırdıq. Onların göstərdiyi şücaətin qarşısında bizim də üzərimizə düşən vəzifələr var idi. Gördük ki, bu qəhrəmanlar ölümdən qorxmurlar. Vətəni, torpağı, milləti sevirlər. Əsl Vətən sevgisinin şahidi olduq", - deyə Tural Rzazadə əlavə edib.
Vətən müharibəsinin digər iştirakçısı, həkim Vüsal Kazımov üçün isə bu savaş illərlə qəlbində daşıdığı Qarabağ həsrətinin sona çatması baxımından xüsusi əhəmiyyət kəsb edib. Kəlbəcərin Başlıbel kəndində anadan olan Vüsal Kazımov 1993-cü ildə doğma yurdunun işğalı zamanı ailəsi ilə birlikdə məcburi köçkün düşüb. Həmin dövrdə anası şəhid olan həkim illərlə Qarabağın azad olunacağı günü gözləyib.
"1993-cü ildə Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşdük. Həmin ərəfədə anam şəhid oldu. Qarabağın işğalı həmişə ürəyimizdə yara kimi qalmışdı. Şükürlər olsun ki, 2020-ci ildə Prezidentimizin əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə başladıq. Bu mübarizədə canla-başla iştirak etdim, taborun tibb məntəqəsinin rəisi kimi xidmət göstərdim", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















