Icma.az
close
up
RU
Vətən müharibəsinin 23 cü günü 13 kənd işğaldan azad edilir

Vətən müharibəsinin 23 cü günü 13 kənd işğaldan azad edilir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci il oktyabrın 19-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi üçüncü günü.

Oxu.Az xatırladır ki, milli mübarizənin 23-cü günündə də qüdrətli ordumuz tarix yazır. Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndləri işğaldan azad olunur. Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "X" sosial şəbəkəsində elan edir.

Təbii ki, bu qələbəni əldə etmək heç də asan olmur. Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri gecə ərzində cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut, Cəbrayıl istiqamətlərində və Araz çayı boyunca müqavimət göstərməyə cəhd edir, müdafiə mövqelərimizi, həmçinin Goranboy, Tərtər və Ağdamı ağır artilleriya atəşinə tuturlar. Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin yüksəkrütbəli hərbçiləri də daxil olmaqla xeyli sayda canlı qüvvəsi, hərbi texnikası məhv edilir.

Müharibə Ermənistanın həm də informasiya və diplomatiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev bu dəfə Rusiyanın "TASS" informasiya agentliyinə videomüsahibəsində münaqişənin həlli ilə bağlı Ermənistanın siyasi iradə nümayiş etdirmədiyini dünya ictimaiyyətinin diqqətinə çatdırır:

"Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə, biz qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub-saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırıq".

Lakin biz nə qədər humanistlik göstərsək də, düşmən öz mənfur xislətindən əl çəkmir. Elə həmin gün Ağcabədi artilleriya atəşinə tutulur, rayonun Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində 25-dən çox ev dağıdılır. Tərtərin müxtəlif istiqamətlərdən atəşə tutulması nəticəsində rayonun Ələsgərli kənd sakini, 1962-ci il təvəllüdlü Niyaz Hüseynalı oğlu Səlimov ağır xəsarət alır. Gün ərzində Tovuz, Daşkəsən, Tərtər, Ağdamdakı yaşayış məntəqələrimiz, Göygöldəki mövqelərimiz minaatanlardan və iriçaplı silahlardan atəşə tutulur.

Ermənistandan fərqli olaraq, mübarizəni yalnız döyüş meydanında aparan Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 "Qrad" yaylım atəşli raket sistemi, bir ədəd D-30 və bir ədəd D-20 haubitsası, 11 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır. Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilir, alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilir, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanırlar. Həmçinin, 5-ci dağ-atıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilir, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçırlar. Tabor komandirinin müavini mayor Hayk Stepanyan da ölənlər arasında olur.

Beləliklə, 2020-ci il oktyabrın 19-u da tariximizə daha bir şanlı gün kimi yazılır.

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Oktyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri