Icma.az
close
up
RU
Vətən müharibəsinin 29 cu günü: Qubadlı şəhəri və bir neçə kənd işğaldan azad edilir

Vətən müharibəsinin 29 cu günü: Qubadlı şəhəri və bir neçə kənd işğaldan azad edilir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2020-ci il oktyabrın 25-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi doqquzuncu günü.

Oxu.Az xatırladır ki, azğın düşmən yenə də Ağdam, Tərtər və Ağcabədini atəşə tutur. Goranboyun Meşəli kəndinə qadağan edilmiş raket atılır. Silahlı Qüvvələrimiz isə əməliyyat planına uyğun hərəkət edir, nəzarətə götürdüyü əraziləri bir qədər də genişləndirir, cəbhənin Xocavənd, Qubadlı və Laçın istiqamətində düşmənin müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyirlər.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də iki tankı, iki PDM-i, dörd D-30 haubitsa topu, bir 2A36 "Qiasint-B" topu, yeddi ədəd avtomobil texnikası məhv edilir və ya sıradan çıxarılır. Ermənistan silahlı qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi texnikada itkilər verərək geri çəkilirlər. Ermənistandan Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin növbəti böyük hissəsi məhv edilir.

Döyüş meydanı ilə yanaşı, informasiya müharibəsi də davam edir. Bu savaşın önündə dayanan Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsində düşmənin tirajladığı yalan xəbərlərə aydınlıq gətirir, jurnalistin təxribat xarakterli suallarını faktlarla cavablandırır:

"Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir".

Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilir. Döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bir aya yaxın müharibə getdiyini xatırladan İlham Əliyev bu müddət ərzində ölkəmizin döyüş meydanında böyük uğurlar əldə etdiyini qeyd edir:

"Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik".

Bütün bunların fonunda rəşadətli Ordumuz düşmənin başını ön cəbhədə əzir. Ən asası isə Zəngilanın dörd, Cəbrayılın beş, Qubadlının yeddi kəndi və Qubadlı şəhəri işğalçılardan azad edilir. Bu xəbəri də xalqa Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırır:

Beləliklə, müharibənin iyirmi doqquzuncu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Vətən müharibəsinin 29-cu günü: Qubadlı şəhəri və bir neçə kənd işğaldan azad edilir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Oktyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri