Icma.az
close
up
RU
Zəfərə aparan yol: Vətən müharibəsinin 13 cü günü

Zəfərə aparan yol: Vətən müharibəsinin 13 cü günü

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2020-ci il oktyabrın doqquzu - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on üçüncü günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Oxu.Az xatırladır ki, həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılır. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi, polkovnik Samvel Qriqoryan ağır yaralanır, alayın artilleriya rəisi, polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilir.

Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd "T-72" tankı, iki ədəd PDM-i, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, iki ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, üç ədəd "D-30" haubitsa topu, iki ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilir və sıradan çıxarılır. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus altı ədəd "T-72" tankı tam işlək vəziyyətdə ələ keçirilir.

Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin on üçüncü günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Qarabağ kənd sakinləri - 1982-ci il təvəllüdlü Samir Hidayət oğlu Əsədov, 1958-ci il təvəllüdlü Nizami Cəfər oğlu İbrahimov və 1968-ci il təvəllüdlü Alman Ənvər oğlu Abbasov yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alırlar. O cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyir. Həmçinin, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Bərdə və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Eləcə də düşmən Mingəçevir və Ağcabədi rayonlarının ərazilərinə artilleriya zərbələri endirir. Bununla yanaşı, Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik raket Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilir. Azərbaycan Silahlı Qüvvələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv edir.

Bütün bunlara baxmayaraq, müharibənin on üçüncü günündə də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır. Belə ki, həmin gün bir neçə ərazimiz işğaldan azad edilir. Prezident İlham Əliyev özünün "X" səhifəsində Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar diplomatiya cəbhəsində davam etdirilir. Ermənistanın havadarlarının təzyiqləri fonunda prezident İlham Əliyev qəti əzmkarlıq və siyasi iradə nümayiş etdirir. Oktyabrın 9-da dövlət başçısı "CNN International" və "Sky News" televiziyalarının jurnalistlərinin "Amnesty International"ın Azərbaycan Ordusunun guya İsrail istehsalı olan kasetli mərmilər atması ilə bağlı təxribatçı suallarına tutarlı faktlarla cavab verir:

"Ermənipərəst və anti-Azərbaycan mövqeyinə görə sizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur. Birincisi, bu, səhvdir. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə edildiyinə baxsınlar. Onların "Smerç", "Elbrus", "Toçka-U" ballistik raketlərindən şəhərlərimizə qarşı necə istifadə etdiklərinə baxsınlar. Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə "Amnesty International" yalnız bir tərəfi görmək istəyir? Niyə onlar digər tərəfi görmürlər?"

Həmçinin, oktyabrın 9-da Moskvanın vasitəçiliyi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlara əsasən, 2020-ci il 10 oktyabr saat 10:00-dan etibarən humanitar məqsədlərlə atəşkəs elan olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Oktyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri