Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Vətən müharibəsinin başa çatmasına 3 gün qalırdı...

Vətən müharibəsinin başa çatmasına 3 gün qalırdı...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəfər yürüşü isə Şuşa zirvəsinə yaxınlaşırdı

Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti təxribatdan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edirdi. Öz tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirən Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində işğalçıya sarsıdıcı zərbələr endirirdi.

Müdafiə Nazirliyi mətbuat xidmətinin noyabrın 6-da yaydığı məlumatda deyilirdi: “Ordumuza qarşı asimmetrik qaydada mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də sıradan çıxarılır. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqları azad edir. Ermənistanın hərbi siyasi rəhbərliyi hədəflərimiz barədə saxta fikirlər aşılayaraq, erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı müharibəyə cəlb etməyə çalışır. Silahlı Qüvvələrimiz döyüşə girən düşməni məhv edilir, işğalçı geriyə qaçır, itkin və əsir düşür. Azərbaycan əsgəri qəsbkara qarşı əzmlə mübarizə aparır”.

Onu da xatırladaq ki, 2020-ci ilin bu günlərində respublikamızda hər kəs Böyük Qələbəyə köklənmişdi. Hər bir kəs Ali Baş Komandanın hansı şəhər və kəndlərimizin azad olunacağı ilə bağlı məlumatını səbirsizliklə, intizarla gözləyirdi. Hamı növbəti qələbə müjdəsinin sorağında idi.

Vətən müharibəsi başlayandan noyabrın 6-dək 200-dən çox kənd, şəhər və qəsəbə ermənilərdən təmizlənmiş, həmçinin Murov zirvəsi, Xudafərin körpüsü və bir çox strateji yüksəkliklər işğaldan azad edilmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 4-də isə özünün “Twitter” hesabında Müzəffər Azərbaycan Ordusunun Cəbrayılın Mirək, Kavdar, Zəngilanın Məşədiismayıllı, Şəfibəyli, Qubadlının Başarat, Qarakişilər, Qaracallı kəndlərinin düşməndən təmizləndiyini bildirmişdi.

Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının müdrik siyasətinin, Azərbaycan Ordusuna diqqət və qayğısının, Silahlı Qüvvələrimizin döyüş əzminin, müasir silah-sursatla, keyfiyyətli döyüş texnikası ilə təchizatının yüksək səviyyədə gerçəkləşdirilməsinin məntiqi nəticəsi idi. Ordumuzun qısa müddət ərzində möhtəşəm hərbi uğurlar qazanması onun güc-qüdrətinin göstəricisi idi. Bu, eyni zamanda, illərdir ki, formalaşdırılan “məğlubedilməz erməni ordusu” mifinin Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilməsinin bariz ifadəsi idi. Bundan başqa, ordumuz tarixi Zəfər ərəfəsində erməni faşizminə əsaslanan işğal siyasətinə böyük zərbə vurmaqla regionda sülhün bərqərar olması üçün yeni şərait yaradır, eyni zamanda, düşmənin regiona cəlb etdiyi çoxsaylı terror təşkilatlarının üzvlərinin də cinayətlərinin qarşısını almaqla yeni hərbi-siyasi reallıq formalaşdırırdı.

Azərbaycan Ordusu qələbələrini düşmənlə vuruşda əldə edirdi. Döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan işğalçı Ermənistan isə məğlubiyyətin əvəzini cəbhə zonasından kənarda yerləşən kənd və şəhərlərimizin dinc sakinlərindən çıxır, beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozurdu. Başqa sözlə, indiyədək mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən şəhərlərə raket zərbələri endirirdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasında da bu diqqətə çatdırılırdı: “İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb”.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu. Gəncə, Bərdə və Tərtərdəki terror aktları və qadağan olunan silahlarla törədilən digər müharibə cinayətləri erməni vandallığının bariz ifadəsi idi. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn bu vəhşi, qeyri-insani cəhdlər cavabsız qalmır, ordumuz düşməni layiqli cəzalandırırdı. Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlar aparır, düşmənə sarsıdıcı zərbələr vururdu.

Belə bir şəraitdə isə Ermənistan yenə də işğalçılıq siyasətindən əl çəkmir, terror əməllərini törətməkdə davam edirdi. Hətta vəziyyəti daha da gərginləşdirmək üçün humanitar atəşkəslə bağlı imzalanan razılaşmaları belə kobudcasına pozurdu. Dinc əhalini və mülki obyektləri raket atəşi ilə hədəfə alırdı. Beləliklə, hərbi cinayətlərini ardıcıl həyata keçirir, əcnəbi vətəndaşları, muzdluları, PKK və Yaxın Şərqdən bəzi terrorçu qruplaşmaları qondarma “Dağlıq Qarabağ ordusu”na qoşmaqla beynəlxalq hüququn tələblərini pozurdu. Təbii ki, bu cür halda Azərbaycan Ordusu da öz legitim və beynəlxalq hüquqa əsaslanan mübarizəsini davam etdirirdi.

Vətən müharibəsi aparıldığı günlər ərzində canlı qüvvə və hərbi texnika sarıdan ölümcül zərbə alan Ermənistanın siyasi rəhbərliyi məğlubiyyətləri ilə heç cür barışmaq istəmirdi. Buna görə də ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırdı. Təəssüf ki, düşmənin bəzi xarici havadarları tərəfindən də bu yalan kampaniyası dəstəklənirdi. Məsələn, Azərbaycanın guya muzdluları döyüşlərə cəlb etməsi ilə işğalçının məğlubiyyətə uğraması iddiası səsləndirilirdi. Muzdlulardan və terrorçulardan istifadə edərək, Ermənistanın ölkəmizə qarşı müharibə cinayətləri törətməsi isə heç kimə sirr deyildi.

Əlbəttə, Ermənistanın xarici ölkələrdəki havadarları tərəfindən hər zaman olduğu kimi, Vətən müharibəsinin gedişində də dəstəklənməsi təsadüfi deyildi. Bunun səbəbi isə dünya erməniliyinin və islamofob dairələrin beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə sahib olmaları ilə bağlı idi. Ancaq heç bir şər-böhtan Azərbaycanı haqq yolundan döndərə bilməzdi. Çünki həm beynəlxalq hüquq, həm də tarixi ədalət baxımından ölkəmiz ədalətin tərəfində dayanırdı. Azərbaycan öz torpağının işğalçıdan geri alınması üçün vuruşur, mübarizə aparırdı.

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində də bu barədə ətraflı bəhs edərək, bu məlumatların heç bir əsası olmadığını vurğulayırdı: “Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də buna ehtiyac yoxdur”.

Dövlətimizin başçısnın sözügedən müsahibədə də diqqətə çatdırırdı ki, Azərbaycan rəhbərliyində əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Lakin buna baxmayaraq, Silahlı Qüvvələrimiz döyüşlərdə ermənilərin “məğlubedilməz ordusu”nun əfsanə, mif olduğunu sübut edir, təsdiqləyirdi. Ümumiyyətlə, məğlubiyyəti qəbul etmək düşmən üçün çox ağrılı idi.

Yeri gəlmişkən, Müdafiə Nazirliyinin 2020-ci il noyabrın 6-da yaydığı məlumatda bu barədə deyilirdi: “Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistan silahlı qüvvələrinin bölmələri deyil, həm də xaricdən cəlb edilmiş xeyli sayda muzdlu və əcnəbi terrorçu döyüşçülər var. Kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər erməni əsilli müxtəlif ölkə vətəndaşlarıdırlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi hiyləgərcəsinə onları qabağa, faktiki olaraq, ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edildiyinə dair iftiralar atır, onların cəsədlərinə də sahib çıxmır. Əcnəbilərin belə ərazilərdə kifayət qədər döyüş təcrübəsi olmadığına və dil probleminə görə onların qarşılıqlı fəaliyyətinin təşkilində ciddi problemlər yaranır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların Azərbaycan Ordusu ilə döyüşə girməkdən imtina etmələrinə dair məlumatlar var. Əcnəbi döyüşçülər də Ermənistanın hərbi-siyasi rəhbərliyinin tələsinə düşdüklərini dərk etməli, dərhal silahı yerə qoymalıdırlar. Ali Baş Komandanımızın rəhbərliyi ilə uzun müddətdir bu günə hazırlaşan Azərbaycan əsgəri hazırda döyüşdə zəfər qazanır”.

Azərbaycan Prezidenti İlham Əliyev savaş günlərində xarici mediaya verdiyi müsahibələrində də vurğulayırdı ki, Ermənistan tərəfdə vuruşan muzdluların erməni əsilli olduqlarının da heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısı erməni deyildir və sıralarında PKK-çılar da var. Hətta Yaxın Şərqdən bəzi terrorçuların qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulmaları da məlumdur.

Prezident İlham Əliyev müsahibəsində sadalanan faktlara əsaslanaraq, Ermənistan rəhbərliyinin dünyadakı terror təşkilatları ilə əlaqəsi olduğunu bir daha vurğulayırdı. Ermənistanın işğalçılıq siyasətində inadkar olması, şübhəsiz ki, baş nazir Nikol Paşinyanın ölkəsinə yarıtmaz siyasətinin məntiqi nəticəsi idi. Ermənistanı bu cür fəlakət həddinə məhz N.Paşinyan gətirib çıxarmışdı. Tamamilə təsadüfi bir şəxs olan baş nazirin dövlət idarəçiliyi, diplomatiya, iqtisadiyyat, eləcə də hərb sahəsində anlayışı yox idi. Əgər belə olmasaydı, Ermənistan müharibədən əvvəlki və sonrakı acınacaqlı duruma düşməzdi.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri