Icma.az
close
up
RU
Vətən müharibəsinə 3 gün qalırdı...

Vətən müharibəsinə 3 gün qalırdı...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yaxın tariximizin bu günü - 24 sentyabr 2024-cü il. Vətən müharibəsinə cəmi 3 gün qalırdı. Sentyabrın 27-də Ermənistan otuz illik işğalçılıq siyasətinin davamı olaraq keçmiş təmas xətti boyunca növbəti təxribata əl atdı. Bəhs olunan təxribat daha geniş müharibə cinayəti idi. Açıq-aydın görünürdü ki, təcavüzkarlıq siyasətinə görə cəzalandırılmayan, beynəlxalq sanksiyalara məruz qalmayan Ermənistan yeni torpaqlar ələ keçirmək istəyir.

Belə olduqda Azərbaycan öz gücü ilə düşmənə qətiyyətli cavab vermək, davamlı hal alan təxribatlara son qoymaq və ərazi bütövlüyünü, suverenliyini təmin etmək əzmini ortaya qoydu. Sentyabrın 27-də istənilən vəzifəni yerinə yetirməyə qadir olan Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələsmədən və gecikmədən verdiyi göstərişlərə əsasən genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Elə ilk gündən düşmən Ordumuzun sarsıdıcı zərbələrini aldı və cəmi 44 gün ərzində tam kapitulyasiyaya məruz qaldı.

Fəal diplomatiya - Azərbaycan BMT-də Ermənistanın yeni müharibə hazırlıqları barədə məlumat verib

Azərbaycan təxminən otuz il ərzində ATƏT-in Minsk formatında aparılan danışıqlarda fəal iştirak etməklə keçmiş Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyev fəal diplomatiya apararaq daim beynəlxalq ictimaiyyəti keçmiş münaqişənin mahiyyəti barədə məlumatlandırır, ölkəmizin ədalətli və prinsipial mövqeyini ortaya qoyurdu.

Bu baxımdan dövlətimizin başçısının 2020-ci il 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı əhatəli çıxışı da xarakterikdir. Yüksək  tribunadan Ermənistanın təcavüzkarlıq siyasəti aparmasına, işğal etdiyi ərazilərdə beynəlxalq konvensiyaları pozmaqla qanunsuz məskunlaşma həyata keçirdiyinə, mədəni-dini irsimizi məqsədli şəkildə məhv etməklə tarixi torpaqlarımızda Azərbaycanın izini itirməyə çalışmasına, xarici şirkətləri cəlb etməklə təbii sərvətlərimizi talamasına, ən nəhayət, BMT qətnamələrini yerinə yetirməməsinə diqqət çəkdi. Ermənistanın işğalçılıq siyasətinə, vandalizm əməllərinə görə cəzalandırılmaması ikili standartlar nümunəsi idi. Bu isə təcavüzkar dövləti yeni ərazilər uğrunda yeni müharibəyə ruhlandırırdı. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”  deməsi, əslində, danışıqlar prosesinin mənasız olduğunu ortaya qoydu.

Qarşı tərəf müharibə iddialarını, həmçinin sahədə nümayiş etdirirdi. Prezident İlham Əliyev çıxışında Ermənistanın artan təxribatları barədə geniş məlumat verib və beynəlxalq birliyə çağırış edərək vurğulayıb: “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bir gündə atəşkəs rejimi 69 dəfə pozulub

Düşmən aqressiv siyasətini getdikcə daha da gücləndirirdi. 2020-ci il sentyabrın 24-də baş verənlər də bunun əyani təsdiqi idi. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sentyabrın 24 yaydığı məlumatda bildirilib ki, Ermənistanın Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Yeganə məqsədi ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək olan Azərbaycan Ordusu isə düşmənin artan təxribatları fonunda özünün döyüş qabiliyyətini artırmağı hədəfləyən təlimlərini davam etdirir və ayıq-sayıqlığını daha da artırırdı. Bu məqsədlə müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilib. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Həmçinin Hərbi Hava Qüvvələrinin gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib. Ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar, həmçinin şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər. Gecə təlimlərində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri