Icma.az
close
up
RU
Vətən müharibəsinin ilk hərbi şəhid həkimi Turqut Xəlilbəyli

Vətən müharibəsinin ilk hərbi şəhid həkimi Turqut Xəlilbəyli

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan uşaq olanda böyük arzularla yaşayır. Sanki o, istəklərinin həyata keçməsi üçün göyün üzündən belə yapışıb, nə isə qoparmaq istəyir. Yaranışdan belədir,  insan övladı sonu görünməyən okean kimi muradına yetişmək üçün elə hey çabalayır və bir gün niyyətinə qovuşmalı olursa, özünü dünyanın xoşbəxti sanır.  

Vətən müharibəsinin ilk hərbi şəhid həkimi Turqut Xəlilbəyli də böyük amalların sevgisi ilə müqəddəs bir peşəyə qovuşmaq üçün uşaqlıq illərindən belə xərcləməli olmuşdu. Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmaq üçün yuxusuz gecələr keçirmiş, tibb elminin sahələrinə aid elmi biliklərə hərtərəfli yiyələnmişdir. Turqut Xəlilbəylinin tərcümeyi-halından qısa da olsa bəhs etmək istəyirəm. Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Naxçıvan Muxtar Respublikasinin Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Şərurda “Dədə Qorqud” Türk Lisreyini bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Tibb Universitetinin hərbi həkim ixtisasına daxil olmuşdur. Ali hərbi tibb təhsilini bitirdikdən sonra təyinatla Beyləqanda “N” saylı hərbi hissədə hərbçi həkim kimi fəaliyyətə başlamışdır. 2020-ci ilin 27 sentyabr tarixində müharibə başlayan kimi ön cəbhəyə getmək üçün korpus rəhbərinə dəfələrlə müraciət etdikdən sonra döyüşə yollanmışdır. Atası ondan xəbər tutsa da, anasına bu barədə heç nə deməmişdir. Çünki analar oğullarını düşmənlə ön xəttə göndərən saatdan yuxuları ərşə çəkilir. Ana ürəyini, onun məhəbbətini heç bir varlıqla müqayisə etmək mümkün deyil. Bu mənada Nadir kişi övladının döyüşlərə qatılmağını yaxınlarından gizlədir və övladının nigarançılığını içində yaşadır. “Əfsanəvi həkim” ləqəbi qazanan  leytenant Turqut Xəlilbəyli haqqında yazanda atası Nadir kişiyə zəng vurdum. Onunla hal-əhval tutdum. Dedim mənə bir az Turqutdan danışın. O, qəhərlənsə də susmadı. Səsinin qəhərində məğrurluq hiss etdiyim atanı dinləyirdim: “Qızım, heç kimdən təsəlli almaq istəmirəm. Turqut ölməyib ki... O, bu dünyanın da, o dünyanın da Vətən və ölməzlik ruhunu bizə əbədi bəxş edib. 30 il bir insan ömrünün qərinəsidir. Torpaq həsrəti hamımızı yandırırdı. Şuşa deyəndə içimiz qovrulurdu. Ona görə də şəhid olan oğullar bu torpaqları qanları, canları bahasına yenidən cana gətirdilər. Şəhid qanı ilə suvarılan yurd yerlərimizi qaytarmaqla bizə yenidən Həyat bəxş etdilər. Mən ona görə də deyirəm ki, bizim övladlarımız ölməyib, onların nəfəsi, ruhu bu torpaqların başı üstündədir. Qarabağa ayaq basan hər kəsi ilk növbədə Şəhid övladlarımız qarşılayır. Mən bu ruhla yaşayıram.

Bəziləri mənə deyirlər ki, Turqut həkim idi. Arxa cəbhədə hospitalda çalışırdı. Ön cəbhəyə getməyə bilərdi. Mən isə elə insanlara demək istəyirəm ki, bu Vətən üçün işğal olunmuş torpaqlarımız naminə Turqutlar əgər getməsəydi biz qələbənin dadını dada bilməzdik axı. Bir məsəl var: “Mən yanmasam, sən yanmasan, bəs kim yanar bu Vətənə?”. Bu torpaq şəhid qanları ilə təmizləndi, rahatlandı. Torpağın altında yatan şəhidlər onu yenə də qiymətli, əvəzsiz etdilər. Doğrudur, Toğrul haqqında mənim arzularım tükənmirdi. Hər bir atanın içində tükənməyən istəklər olur. Mən də etiraf edirəm ki, Turqutun haqqında çox düşünürdüm. Onu məşhur hərbi həkim kimi görmək istəyirdim. Amma öyrənəndə ki, oğlum döyüş meydanında elə xarüqələr yaradıb ki, ona “əfsanəvi həkim” ləqəbi veriblər. Demək, Turqut balam bu arzumu da həyata keçirib. Cavan ömrü ilə Azərbaycanın hərb tarixinə qürurlu bir tərcümeyi-halını yazıb. Ağ xalatlı həkim oğlum Füzulinin və Cəbrayılın azad olunmasında döyüşən oğullara elə yerindəcə tibbi yardımını göstərib. Güllə yağışı altında yüzlərlə igidi ölümün pəncəsindən xilas edib. Oğlum döyüşə getməmişdən əvvəl mənə demişdi ki, ata, arxa cəbhəyə, hospitala çatdırılana qədər yaralılara ilk tibbi yardım göstərilməlidir. Mən müharibənin içində olmalıyam ki, döyüşən qardaşlarıma kömək əlimi uzada bilim. Turqut yaralı döyüşçüləri hərb meydanından çıxardıqdan sonra sonuncu yaralının düşmən nişangahında gördüyü an özünü həmin döyüşçünün üstünə atır və onun həyatını xilas edir. Oğlumun yas mərasiminə gələn həmin qazinin atasının fikrini sizə çatdırmaq istəyirəm: “Oğlum gəlib sizdən halallıq almaq istəyir. Çünki Turqut onun həyatını xilas edərkən şəhid olub. Əslində bilmək istəsəniz o, çoxlarının ömrünə ömür qatdı. Onların hamısı sizinlə halallaşmaq istəyirlər”. 

Qızım, qazinin atasının söylədikləri çox ağır gəldi mənə. Dedim heç kim məndən halallıq almasın. Mənim oğlum güllə altında olan döyüşçüləri xilas edəndə Vətəni, torpağı, xalqı düşünüb. Ona görə də halallığı məndən yox, Vətəndən almaq lazımdır. Torpaq, Vətən müqəddəsdir. Biz bu müqəddəsliyə hörmət etməliyik.  Övladım heç vaxt məni incitmədi. Heç vaxt onun narazı simasını görmədim. Anası Almaz xanıma deyirəm ki, bizim oğlumuz 30 illik işğal altında qalan torpaqların xilasını yazan igidlərin cərgəsindədir. Ölüm bir gün tez, bir gün gec hamını haqlayır. Əsas odur ki, insan kimi yaşamağı bacarasan. Bizim oğlumuz ölümü şəhidliklə susdurub. Şəhidlər ölməzdir! Turqutun yanında hər zaman üçrəngli Bayrağı görürdüm. Hara gedirdi bu bayrağı yanında aparırdı. Deyirdi: “Ata, bayraq yanımda olanda özümü güclü bilirəm. Belə ömür hər kəsə qismət olmur. Oğlum Cəbrayılda “Dostluq bulağı” adlanan yerdə şəhid olub. Hər səhər övladımın ölməz ruhu sanki məni səsləyir: Ata, qəddini əymə, mən yaşayıram.! 

Turqut Xəlilbəyli II Fəxri Xiyabanda dəfn olunub. Şəhid olduqdan sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Onun xidmət etdiyi “N” saylı hərbi hissədə şəhid polkovnik Şükür Həmidovun, əsgər Elnur Vəliyevin və əfsanəvi həkim Turqut Xəlilbəylinin xatirəsi əbədiləşdirilib.                 

Kəmalə Abdinova
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri