Icma.az
close
up
RU
Vətən müharibəsinin sonunadək döyüşüb şəhid olan leytenant

Vətən müharibəsinin sonunadək döyüşüb şəhid olan leytenant

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Samux, 11 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq qazandığı parlaq Qələbə ilə tariximizə Zəfər salnaməsi yazıb. Bu uğurda neçə-neçə şəhidin adı, izi qalıb. Onlardan biri olan Elvin Məmmədzadə Azərbaycanın haqq savaşının ilk günündən son gününədək döyüş yolu keçib, Vətən qarşısında borcunu şərəflə, canı-qanı bahasına ödəyib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Elvin İlham oğlu Məmmədzadə 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub. 2003-2012-ci illərdə Mirzə Ələkbər Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Şəhidin atası İlham Məmmədov bildirir ki, hərbi sahədə xidməti özünə şərəf bilən Elvin Hərbi Liseyin nümunəvi kursantlardan olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil aldığı dövrdə də fəallığı ilə seçilib. 2019-cu ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində leytenant rütbəsində xidmət edib. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən ana yurdun müdafiəsinə qalxıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edib.

“Sentyabrın 27-si gəldi, elə bil bu günü çoxdan gözləyirmiş. Döyüşlərə sevinə-sevinə qatılırmış. Onları Qubadlıya göndəriblər. Sonra isə onlara Şuşa istiqamətində hərəkət etmək göstərişi verilib. Zəng elədi, dedi ki, “ata, daha axtarmayın, lazım olsa özüm zəng edəcəyəm. İş yoldaşlarının dediyinə görə, Sarıyataqda döyüşüblər, Daşaltıda güclü döyüşləri olub. Döyüşlərdə Elvinin yüksək xidmətləri olub. Oğlumla fəxr edirəm, daim da fəxr edəcəyəm”, - deyə şəhid atası bildirir.

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunda torpağa tapşırılıb.

“Son damla qanına qədər döyüşüb. Snayperlə vura biliblər. Qismətində şəhidlik var imiş. Əsgərləri qarşısında həmişə gözəl bir çıxışı olub. Deyib ki, “qorxmayın, şərəflə ölmək lazımdır. Bu müharibədə Vətən yolunda canımızdan keçməliyik, şərəflə döyüşməliyik, lazım gəlsə şəhid olmalıyıq”. O vətənpərvər bir oğul idi”, - deyən İlham Məmmədov onu da qeyd edir ki, bir şəhid atası olaraq, Prezident İlham Əliyevin Sərəncamı əsasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Elvin Məmmədzadə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri