Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Vətən müharibəsinin şəhid HƏKİMİ

Vətən müharibəsinin şəhid HƏKİMİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – 44 günlük Vətən Müharibəsi. Bu müharibədə yalnız əsgərlər deyil, tibb işçiləri də ön cəbhədə idilər. Onlar yaralı əsgərlərin həyatını xilas etmək üçün qorxunu unutdular, əsl qəhrəmanlıq nümayiş etdirdilər, canlarından keçdilər.
Vətən Müharibəsi zamanı onlar günlərlə yuxusuz, yorğun, bəzən güllə yağışı altında xidmət etdilər. Yaralıların sayı çox idi, vaxt isə az. Hər saniyə bir həyat demək idi.
Bu həkimlərin bir çoxu ya könüllü olaraq ön cəbhəyə yollanmışdı, ya da hospital və səyyar tibb məntəqələri tərkibində döyüş bölgəsində xidmət edirdilər. Onlar üçün ağ xalat sadəcə bir peşə simvolu deyildi – bu, insan həyatına verilən dəyərin rəmzi idi. Lakin müharibə şəraitində onlaın ağ xalatı qanla qırmızıya boyandı.
Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb, 44 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı şəhidlik zirvəzinə ucalıb.
Modern.az-ın məlumatına görə, bu gün Vətən Müharibəsində şəhid olan hərbi həkimlərdən birinin - Rasim Abdullayevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı olan Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub.

1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi öz doğma torpağından didərgin düşüb.
1998-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Rasim Abdullayev 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi tibb qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2016-cı ilin "Aprel döyüşləri" zamanı Gəncə Hərbi Poliklinikasının rəisi olaraq döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərib.
"Aprel döyüşləri"ndən sonra R.Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə - Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunub və İkinci Qarabağ müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirib.
O, 44 günlük Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış 100-dən çox yaralıya yerindəcə tibbi yardım göstərib.
Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələrində, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlib. Rasim Abdullayev öz istəyi ilə bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxıb. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını qarşı tərəfin zabitləri və əsgərləri tərəfindən pusquya salınıb. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev qəhrəmancasına şəhid olub.

Rasim Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
 

A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri