Icma.az
close
up
RU
Vətən müharibəsinin qazisi: Cəbhədə ailə başçısı komandir, ailənin üzvləri isə döyüş yoldaşların olur

Vətən müharibəsinin qazisi: Cəbhədə ailə başçısı komandir, ailənin üzvləri isə döyüş yoldaşların olur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz, 8 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Əmir Kərimov Vətən müharibəsi başlayanda cəmi beş ay idi hərbi xidmətdə idi. Xaçmazlı döyüşçü Füzuli, Cəbrayıl, Xocavənd, eləcə də Suqovuşanın işğaldan azad edilməsi əməliyyatlarında fədakarlıqla iştirak edib. Döyüşlərin birində ağır güllə yarası alan Əmir göstərdiyi şücaətlərə görə dörd medalla təltif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərimov Əmir Şahin oğlu 2002-ci il martın 25-də Xaçmaz şəhərində anadan olub. 2008-2019-cu illərdə Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il mayın 5-də müddətli həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 27-dən etibarən torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıqla savaşıb. Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə atıcı, qumbaraatan köməkçisi kimi vuruşub.

Oktyabrın 7-də Füzulinin Qaraxanbəyli kəndinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb.

“Təlimlərdə iştirak etmişdik. Torpaqlarımızı işğaldan azad etməyə hazır idik. Əvvəlcə Xocavənd rayonunda olduq. Sonra bizim tağım Füzulidə döyüşlərdə iştirak etdi. Qaraxanbəyli kəndinin azad olunması uğrunda döyüşlərdə komandirimiz şəhid oldu. Mən isə qəlpə və güllə yarası aldım. Bir müddət yaralandığım ərazidən çıxmaq mümkün olmadı. Bir gün sonra Füzulinin Əhmədbəyli kəndinə aparıldım. Orada əməliyyat olundum. Sonra da helikopterlə Bakıya çatdırıldım. Uzun müddət müalicə aldım. Qəhrəman həkimlərimizin sayəsində bu gün ayaq üstə yeriyə bilirəm. Qələbə xəbərini də hospitalda eşitdim. Çox sevindik. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə Əmir Kərimov bildirib.

Əmir 2022-ci ilin yanvarında ordu sıralarından təxris olunub. İkinci qrup əlildir.

“Füzuli döyüşləri çox ağır oldu. Hər yerdə illərlə möhkəmləndirilmiş beton sədlərə rast gəlirdik. Yüz metr irəliləyirdik qarşımıza yenidən növbəti düşmən səddi çıxırdı. Şiddətli döyüşlərdə ev yadıma düşmürdü. Cəbhədə ailə başçısı komandir, ailənin üzvləri isə döyüş yoldaşların olur. Şəhid döyüş yoldaşlarıma görə çox üzülürəm. Tovuzdan Fərzəliyev Samiq var idi. Yeni evlənmişdi. Onun ailəsi və gələcək karyerası ilə bağlı böyük arzuları var idi. Şəhid olduqdan sonra övladı da dünyaya gəldi. Müharibədən sonra da zabit kimi Vətə xidmət etmək istəyirdi. Əminəm ki, indi Samiq kimi qəhrəmanların ruhu şaddır”,- deyə Əmir Kərimov söyləyib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əmir Kərimov döyüşlərdə göstərdiyi şücaətlərə görə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri