Icma.az
close
up
RU
“Vətən Sağ Olsun” televiziya layihəsinə start verilib

“Vətən Sağ Olsun” televiziya layihəsinə start verilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Vətən Sağ Olsun” – vətənpərvərlik ruhunu yaşadan televiziya layihəsinə start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyindən bildirilib ki, Azərbaycan əsgərinin qəhrəmanlığını, həmrəyliyini və mübarizə ruhunu ekrana gətirən unikal televiziya layihəsi hər buraxılışda iştirakçılara real hərbi sınaqlar keçərək, fiziki hazırlıq, dözümlülük, liderlik sərgiləmək və vətən sevgisini nümayiş etdirmək imkanı yaradır. Layihə müasir televiziyada milli ruhun və gənclər arasında vətənpərvərliyin təbliğinə yönəlmiş ən güclü formatlardan biridir.

Azərbaycan əsgərinin iradəsini, fiziki və mənəvi dözümlülüyünü əks etdirən “Vətən Sağ Olsun” layihəsi növbəti, beşinci dəfə tamaşaçıların qarşısına çıxır. Hərbi-vətənpərvərlik ruhunda hazırlanan bu xüsusi layihə Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və İctimai Televiziyanın dəstəyi ilə “MZ” Production tərəfindən istehsal edilir. Layihənin əvvəlki mövsümlərindən fərqli olaraq, bu dəfə iştirakçılar Dövlət Sərhəd Xidməti sıralarında həqiqi hərbi xidmət keçən əsgərlər arasından seçilib. Yarış iştirakçıları xüsusi təyinatlıların proqramı əsasında hazırlanan tapşırıqları yerinə yetirməli olacaqlar. Bu dəfə gənc əsgərlər “Vətən Sağ Olsun” layihəsinin çətin, gərgin, eyni zamanda ən emosional mərhələlərini keçmək üçün əsl döyüş ruhu nümayiş etdirərək birincilik uğrunda mübarizə aparacaqlar.

Layihənin hər buraxılışında yarış iştirakçıları bir məqsəd uğrunda komanda halında birləşirlər.

Buna baxmayaraq, sonda qalib yalnız bir nəfər olacaq. Onlar bir-birinə və zamana qarşı yarışacaqlar.

Layihənin quruluşçu rejissoru Rövşən Cahangirov, aparıcıları Rövşən Cahangirov və Xəyalə Hüseynli, layihə rəhbəri Üzlüfət Qasımovadır.

“Vətən Sağ Olsun“ hərbi yarışı hər həftənin şənbə və bazar günləri saat 22:00-da İctimai Televiziyada yayımlanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri