Icma.az
close
up
RU
“Vətən Sağ Olsun” hərbi yarışı davam edir FOTOLAR

“Vətən Sağ Olsun” hərbi yarışı davam edir FOTOLAR

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vətən Sağ Olsun” – vətənpərvərlik ruhunu yaşadan televiziya layihəsidir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan əsgərinin qəhrəmanlığını, həmrəyliyini və mübarizə ruhunu ekrana gətirən unikal televiziya layihəsi olan "Vətən Sağ Olsun” hər buraxılışda iştirakçılara real hərbi sınaqlar keçərək, fiziki hazırlıq, dözümlülük, liderlik sərgiləmək və vətən sevgisini nümayiş etdirmək imkanı yaradır. 

Layihə müasir televiziyada milli ruhun və gənclər arasında vətənpərvərliyin təbliğinə yönəlmiş ən güclü formatlardan biridir.

Azərbaycan əsgərinin iradəsini, fiziki və mənəvi dözümlülüyünü əks etdirən "Vətən Sağ Olsun” layihəsi növbəti, beşinci dəfə tamaşaçıların qarşısına çıxır. 

Hərbi-vətənpərvərlik ruhunda hazırlanan bu xüsusi layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İctimai Televiziyanın dəstəyi ilə MZ production tərəfindən istehsal edilir. 

Layihənin əvvəlki mövsümlərindən fərqli olaraq bu dəfə iştirakçılar Dövlət Sərhəd Xidməti sıralarında həqiqi hərbi xidmət keçən əsgərlər arasından seçilib. Yarış iştirakçıları xüsusi təyinatlıların proqramı əsasında hazırlanan tapşırıqları yerinə yetirməli olacaqlar. Bu dəfə gənc əsgərlər "Vətən Sağ Olsun” layihəsinin çətin, gərgin, eyni zamanda ən emosional mərhələlərini keçmək üçün əsl döyüş ruhu nümayiş etdirərək birincilik uğrunda mübarizə aparacaqlar.

Layihənin hər buraxılışında yarış iştirakçıları bir məqsəd uğrunda komanda halında birləşirlər. 

Buna baxmayaraq, sonda qalib yalnız bir nəfər olacaq. Onlar bir-birinə və zamana qarşı yarışacaq.

Layihənin quruluşçu rejissoru Rövşən Cahangirov, aparıcıları Rövşən Cahangirov və Xəyalə Hüseynli, layihə rəhbəri Üzlüfət Qasımovadır. 

"Vətən Sağ Olsun” Hərbi yarışı hər həftənin şənbə və bazar günləri saat 22:00-da İctimai Televiziyada yayımlanır.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri